Dünya futbolu
Almaniya millisində yeni məşqçi
Almaniya millisinə yeni məşqçi təyin olunub. Futbolinfo.az …
Almaniya millisinə yeni məşqçi təyin olunub. Futbolinfo.az xəbər verir ki, ötən mövsüm "Ştutqart"ın baş məşqçi vəzifəsini icra edən Tomas Şneyder Yoahim Lövün köməkçiliyini edəcək.
42 yaşlı mütəxəssislə iki illik müqavilə imzalandığı bildirilib. O, AÇ-2016 başa çatana qədər millidə işləyəcək.
Qeyd edək ki, Şneyder Hans-Diter Filkin yerinə gətirilib. Sonuncu isə sentyabrın 1-dən millinin idman direktoru vəzifəsinə təyin edilib.