Premyer-liqa
Arif Əsədov: "Radikal dəyişikliyə ehtiyac olduğunu düşünmürəm"
Topaz Premyer Liqasının 5-ci turunda "Neftçi" İsm?…
Topaz Premyer Liqasının 5-ci turunda "Neftçi" İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda "Xəzər Lənkəran"ı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, sentyabrın 13-də baş tutacaq qarşılaşmanı Əliyar Ağayev idarə edəcək.
Saytımıza açıqlama verən "Neftçi"nin baş məşqçisi Arif Əsədov "ağ-yaşıllılar"la oyuna necə hazırlaşdıqlarını danışıb: "Hazırlığımız davam edir. Futbolçular da artıq millinin düşərgəsindən geri qayıdıb. Bir Vobay qalıb ki, o da sentyabrın 12-də komandaya qoşulacaq. Artıq komanda şəklində taktiki gedişlər üzərində çalışırıq. Bundan əvvəl fiziki hazırlıq üzrə işlər görürdük. Radikal dəyişikliyə ehtiyac olduğunu düşünmürəm. Böyükağa Hacıyevin qurduğu oyun taktikası qalacaq. Futbolçuların keyfiyyəti komandanın daima hücumda olmasına imkan verir. Bildiyiniz kimi, Ernest Nfor zədəlidi. Onun zədəsi iki həftə çəkəcək. Bruno Bertuççinin də bir balaca zədəsi var. Kanales getdikcə öz formasını bərpa edib. Nfor olmadığı təqdirdə, Kanales əsas heyətdə meydana çıxacaq".
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”