Premyer-liqa
Arif Əsədov: "Elnur hara gəldiyini çox yaxşı bilir"
"Qəbələ"dən ayrılan Elnur Allahverdiyev "Neft&cced…
"Qəbələ"dən ayrılan Elnur Allahverdiyev "Neftçi" ilə anlaşdı. Futbolinfo.az xəbər verir ki, millimizin də üzvü olan müdafiəçi karyerasını 2 il ərzində paytaxt klubunda davam etdirəcək.
Saytımıza danışan klubun baş məşqçisi Arif Əsədov komananın yeni transferi haqda danışıb. Gənc çalışdırıcı Elnurun intizamsız olmasından narahat olmadığını bildirib:
"Elnur Allahverdiyev millimizin də üzvüdü. Onun keyfiyyətinə, oyun üslubuna şübhəmiz yoxdu. Sadəcə, uzun müddətdi oyun təcrübəsi yoxdu. Özü də bildirib ki, mütəmadi olaraq məşq edib. Ancaq biri var fərdi məşq, biri də var komanda şəklində. Ona görə də axşamkı məşqdə Elnurun hansı durumda olduğunun görəcəyik. Biz ona güvənirik. İnşallah, növbəti oyunda onun xidmətindən istifadə edəcəyik. Onun intizamsız olması məni narahat etmir. Düşünürım ki, Elnur da hara gəldiyini çox yaxşı bilir. Mənim tələblərimi də bilir. Düşünürəm ki, heç bir problem olmayacaq".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”