Dünya futbolu
“Barsa”nın zədəliləri məşqə başladı
İspaniya La Liqasının 3-cü turunda doğma meydanda "Atlet…
İspaniya La Liqasının 3-cü turunda doğma meydanda "Atletik"lə üz-üzə gələcək "Barselona"da üzlər gülür. Futbolinfo.az xəbər verir ki, sözügedən qarşılaşmanın hazırlıqlarını davam etdirən Kataloniya klubunda məşqə zədəsini sağaltmış İnyesta, Messi və Vermalen də qatılıblar. Onlar ümumi qrupda çalışıblar.
Topuğundakı zədəsini yenicə bərpa etmiş Jeremi Matye və barmağından xəsarət almış qapıçı Xordi Masip isə fərdi şəkildə məşqlərini davam etdirirlər.