Premyer-liqa
Kaxaber Sxadadze: "Oyuna bu qədər azarkeşin gəlməsi məni məmnun etdi"
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Pre…
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Araz Naxçıvan"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bu cür meydanda baxımlı futbol haqqında danışmaq mənasızdı. İkinci hissədə 3 mərkəz müdafiəçisi ilə oynadıq və cinahlardan hücuma qoşulan oyunçuların dəstəyi ilə rəqibin qapısına yol tapa bildik. Bu, oyunun ən vacib anı idi. Futbolçulara həmişə demişəm ki, yaxşı meydanda güclü olmaq əsas deyil. Əgər həqiqətən də rəqibdən güclüsənsə, bunu həm yaxşı meydanda, həm də ağır meydanda göstərməlisən. Komanda bu gün əzmkar oyun göstərdi, mübarizə apardı, futbolçular komanda ruhunu, qələbə qazanmaq istəyini ortaya qoydular. Oyuna bu qədər azarkeşin gəlməsi məni məmnun etdi. Fikrimcə, “Araz Naxçıvan” klubu meydananın ot örtüyünü yaxşılaşdırmalıdı ki, oyuna gələn azarkeşləri də komandanın oyunundan həzz alsın. Onda daha yaxşı oyun göstərərlər. Ötən turdakı məğlubiyyətdən sonra qələbə qazanmalıydıq. Bunu bacardığımız üçün şadam”.