Premyer-liqa
Rəhim Həsənov Premyer Liqa oyunlarına niyə təyinat almır?
Topaz Premyer Liqasının 2-ci turunda baş tutan “Qəbələ&rdq…
Topaz Premyer Liqasının 2-ci turunda baş tutan “Qəbələ” – “Araz Naxçıvan” qarşılaşmasında qonaqların oyunuт baş hakimi Rəhim Həsənovdan şikayətçi olması fit sahibinə baha başa gəlib. Futbolinfo.az xəbər verir ki, Həsənov artıq 3 turdu ki, Premyer Liqa oyunlarına təyinat almır.
Görünür, onun ikinci turda bir sıra səhvlərə yol verməsi Həsənovun cəzalanması ilə nəticələnib. Bu barədə Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovla əlaqə saxlamaq istəsə də, keçmiş hakim zənglərimizə cavab vermədi.
“Qəbələ” – “Araz Naxçıvan” qarşılaşmasında hakim-inspektor olmuş Kərim Ağayev də saytımıza bu barədə danışa bilməyəcəyini bildirdi. Bu məsələ ilə açıqlama verməli olan şəxslərsin susması bri daha sübut edir ki, “Araz Naxçıvan” oyunun baş hakimindən narazı olmaqda haqlı imiş.
Qeyd edək ki, "istirahət”ə göndərilən Rəhim Həsənov yalnız ötən tur birinci divizionda baş tutan “Şahdağ” – “Qaradağ Lökbatan” matçını idarə edib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…