Ölkə futbolu
Fransızlar həyəcan təbili çaldı: "Sent-Etyen" "Qarabağ"ı tanımır
Fransa "Sent-Etyenn"inin seneqallı futbolçusu Mustaf…
Fransa "Sent-Etyenn"inin seneqallı futbolçusu Mustafa Bayal Sall Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışan 28 yaşlı müdafiəçi Ağdam klubunu tanımadığını deyib:
"Rəqibimiz araşdırma aparır və öyrənmək istəyir ki, biz nə edirik, necə oynayırıq. Biz oraya xal qazanmaq üçün gedirik. Bu, bir növ güc yoxlama oyunu olacaq. Çünki biz onları tanımırıq, həmçinin onlar da bizi. Məşqçilər bizə video izlətdirəcək. Biz də həmin videoda rəqibi yaxından izləyib, öyrənəcəyik".
Onu da qeyd edək ki, Sallın danışdığı mətbu orqan həmin yazıda bu açıqlama ilə bağlı öz şərhini yerləşdirib və narahatlıqlarını bildirib. Onlar qeyd edib ki, "Qarabağ" – "Sent-Etyenn" qarşılaşmasına az vaxt (18 sentyabr) qalsa da, hələ də futbolçular rəqibi tanımadıqlarını deyirlər.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…