Ölkə futbolu
Bayraq şousu kimin ideyası idi?
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Fra…
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Fransa təmsilçisi “Sent-Etyen”lə Bakıda keçirdiyi matçda bir sıra yadda qalan məqamlar olur. Futbolinfo.az xəbər verir ki, bunlardan biri də böyük ölçülü dövlət bayrağımızın tribunaları bəzəməsi oldu.
Belə ki, üç rəngli bayrağımız tribunalarda gəzdirildi. Maraq üçün bildirək ki, bayraq şousundan heç Ağdam klubunun futbolçularının xəbəri də yox imiş. Bu barədə saytımıza açıqlamasında “atlılar”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib:
“Bayrağın arenaya gətirilməsini Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin (ÜDTVŞ) Azərbaycandakı təmsilçisi Şakir Eminbəyli təklif etmişdi. Şakir bəy həm də “Qarabağ” azarkeşidi. O, bayrağın mərkəzi arenaya gətirilməsini də öz üzərinə götürmüşdü. “Koroğlu” uverturasının stadionda səsləndirilməsinə gəldikdə isə bir neçə variantımız var idi. İstərdik ki, bu, möhtəşəm əsər oyun zamanı səsləndirilsin. UEFA-nın qaydalarını nəzərə alsaq, bu da oyun zamanı mümkün olmayacaqdı. Buna görə də qərarlaşdırdıq ki, komandalar isinmə hərəkətlərini yekunlaşdırana yaxın uverturanı səsləndirək, bayrağımızı da açaq. Milli dəyərlərimizin formalaşmasında dünən doğum günü olan Üzeyir Hacıbəyovun əməyi danılmazdı. Seçimimizi də bunun üzərində etdik”.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”