Bizi izləyin

Müsahibə

“Kişiləri indi daha yaxşı başa düşürəm…”

Stadionda istənilən vaxt bir sektor var ki, ora daha coşqulu və ma…

blank
Stadionda istənilən vaxt bir sektor var ki, ora daha coşqulu və maraqlı olur. Üzərindəki ciddiyyəti qorumağa çalışıb qışqırmayanlar, matçı filmə baxar kimi izləyənlər hər zaman fan-klub sektoruna həsədlə baxır.
 
Dünən isə xanımlar növbəti sahədə də stereotipləri qırıb, stadiona axışdı. Əvvəla, “niyə bizim “Qarabağ” xanımlardan ibarət fan-klubumuz olmasın” dedi, sosial şəbəkədə geniş kütləni ətrafına, sonra isə onların müəyyən hissəsini stadiona topladı. 34-cü sektoru (media sektorunun aşağı hissəsi) bəzəyən xanım media nümayəndələri və azarkeşlər matçda varlığını kifayət qədər hiss etdirsələr də, görünür, qarşı cinsin nümayəndələrinin onların varlığına, yəni 34-cü sektorun xanımlara məxsusluğuna öyrəşməsi zaman alacaq.
Fan-klubun yaradıcısı, telejurnalist Günay Yelmarqızı təşkilatçılıqdan məmnundu, amma gözləntisi daha böyükdü. O, bizimlə söhbətində bütün həmcinclərini “Qarabağ”ın xanımlardan ibarət fan-klubuna dəvət etdi:
 
– Fanklubun yaradıcısısınız. Fan-klub yaratmaq qərarına necə gəldiniz?
– Ən çox xanım azarkeşi olan klub “Qarabağ”dır. Mən əvvəllər də belə bir təşəbbüslə – Avroliqanın oyunlarında “Qarabağ”ı stadionda dəstəkləmək ideyası ilə çıxış etmişdim, sosial şəbəkələrdə belə bir təbliğat aparıb, tanınmış jurnalist həmkarlarımı bir araya toplamışdım. Ondan sonra “Qarabağ”ın oyunları xanımlar arasında daha da populyarlaşmışdı. Elə ovaxtdan təklif etmişdilər ki, bir halda belə fəalsınız, “Qarabağ”ı dəstəkləyirsiniz, xanımlar arasında təbliğ edirsiniz, onda gəlin, “Qarabağ”ın fan-klubunu da yaradın. Düzü, sonra bir az təmbəllik etdim, amma son oyunlarda bu mövzu aktuallaşdı və ani olaraq “Qarabağ” xanımlarının fan-klubunu yaratmaq qərarını verdik. Bilirəm ki, bütün həmkarlarım belə bir fan-klubun olmasını arzulayırdılar, sadəcə, ilk addımı mən atdım. Bu fan-klubu bütün “Qarabağ” azarkeşləri adına açmışam. Bütün həmkarlarımın ətrafımda birləşməsini istəyir və bütün xanımları fan-kluba qoşulmağa dəvət edirəm.
 
– Xanımların oyuna münasibəti necədi? Ümumi ab-havadan razısınızmı?
– Mən artıq bir neçə ildir ki, xüsusən “Qarabağ”ın Avroliqa oyunlarında stadiona dəstək üçün gəlirəm, xanım həmkarlarım da eynilə. Bu gün çox yaxşı təsir bağışladıq. Fan-klub olaraq ilk dəfə stadionda idik. Facebookda dünən səhifəmizi açmışıq, hələ təşkilat kimi tam formalaşmayıb. Bu sektor 54 nəfər tutur. Bizi dəstəkləyən çoxdur, bir neçə saat ərzində facebook səhifəmizi 500-dən çox adam bəyənmişdi. Bu, o deməkdir ki, bizə maraq var.
 
– Sizcə, xanımlara 54 nəfərlik yer ayrılması doğrudurmu?
– Bizim məqsədimiz odur ki, fan-klub getdikcə böyüsün, inkişaf etsin və təbii ki, maraqlı layihələrimiz olacaq.
 
İlk fasilədə fikirlərini paylaşan “Bakupost” saytının sosial şöbənin müdürü Yaqut Tapdıqqızı xanımların “Qarabağ”ı sonadək dəstəkləyəcəyini vurğulayıb, matçın gedişatını da şərh etdi:
 
– Əvvəla, burada iştirak edən xanımlara təşəkkürümü bildirirəm, xüsusən, Günay Yelmarqızının adını qeyd etmək istəyirəm. Çünki “Qarabağ” futbol klubunun xanım azarkeşlərini bir araya yığmaq məhz onun təşəbbüsü idi. Adətən belə bir fikir olur ki, xanımlar futbolu sevmirlər, bəzən deyirlər ki, başa düşmürük niyə kişilər topun arxasınca qaçırlar. Biz də başlayanda elə xanımlardan biri idik, amma “Qarabağ” futbol klubunun ilk oyunlarında iştirak edəndə istər-istəməz ruh coşqusu, xanımların bir-birini dəstəkləməsi fan-klubun genişlənməsinə səbəb oldu. Daha çox xanımı fan-kluba cəlb etmək fikrimiz var. Bu, sadəcə, jurnalistlərin toplaşdığı fan-klub deyil, çünki müxtəlif sahələrdən bizə qoşulanlar var. Arzumuz odur ki, sıralarımız və sayımız artsın. Görürsünüz, xanımlar fəaldırlar, “Qarabağ”ı sonadək dəstəkləyəcəklər.
 
– Xanımlar futbol üzrə Azərbaycan milli komandasının oyunlarında da iştirak edəcək, yoxsa yalnız “Qarabağ”ın oyunlarında?
– Xeyr, əslində, “Qarabağ”la bu addımı atdıq və gələcəkdə bunu genişləndirib, digər oyunlarda da xanımlar fan-klub kimi iştirak edəcəklər.
 
– Xanımlardan ibarət fan-klub sektoruna kənardan diqqət də az deyil. Bəylərin baxışları sizi narahat etmir ki?
– Belə deyək, əvvəllər daha etinasız, gülüş hədəfi kimi baxırdılar, amma indi yox. Əksinə, şərait yaradırlar, burada bir neçə jurnalist və ya bəyləri göstərə bilərəm ki, həyat yoldaşlarını gətiriblər, uşaqları ilə iştirak edirlər. Artıq “Qarabağ” klubunun xanımları matça ailə şəklində qoşulurlar.
 
– Oyunun gedişatı sizi qane edirmi? Nəticəni necə gözləyirsiniz?
– Əlbəttə, uğur, qələbə gözləyirik. “Qarabağ” klubu bu gün də digər oyunlardakı kimi gözəl hücum nümayiş etdirir, oyun qururlar. Elə bilməyin ki, xanımların başı çıxmır. Artıq öyrəniblər, yaxşı oyun qururlar, amma nə isə bizə elə gəlir ki, bizim zərbələrimiz bir az zəifdi. Çünki qapıdan topu keçirməyə əziyyət çəkirik.
 
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva qələbə istəyini, enerjini futbolçulara göndərməyin lazım olduğunu vurğuladı:
– Mən hər zaman “Qarabağ”a azarkeşlik etmişəm. Amma böyük futbol bilicisi deyiləm. Bu komandanın qələbəsi hər birimiz üçün rəmz kimidir, yəni simvolik mənaları var, həm də futbolumuzun qələbəsini istəyirik. Amma eyni zamanda bu sətiraltı mənalar arzusunda olduğumuz qələbələrin çağırışıdır. Bu gün “Qarabağ” günüdür. Məncə, bu gün qələbə olmalıdır, bunu çox istərdim.
 
– Necə oldu xanımlar sırasına qoşuldunuz, necə ideyadır?
– Məncə, çox gözəl. Mən özüm Yelena Sidorenkoya zəng etdim və bu gənclərə qoşuldum. Çünki onların yanında olmaq istəyirəm. Çünki bu saat qələbə arzusu ilə yanan bütün ürəklərin yanında olmaq istəyirəm.
 
– Sizcə, bu gün qələbə bizimlə olacaq?
– Onu hardan bilmək olar, Allahın işidir, professionallıqdır. Sadəcə, o eşqi, o qələbə istəyini, o enerjini onlara göndərməliyik.
 
Xanım azarkeşlər üçün xüsusi sektor olduğunu bilib, stadiona gələn Şəhla Vəliyeva bu ənənə davam etdiyi halda davamlı şəkildə stadiona gələcəyini qeyd etdi :
– İlk dəfədir ki, stadiondayam, canlı futbol izləyirəm. Fan-klubu yaradan xanım facebookda dostluğumda var idi, həmin sahifəni gördüm və gəlib mən də o həyəcanı yaşamaq istədim. Çox həyəcanlıyam, stress bir tərəfdən… Kişiləri indi anlayıram.
 
– Matçı xanımlar ayrıca izləyəcəyi üçün gəldiniz?
– Bəli, sırf xanımlar ayrı olduğu üçün gəldim. Əslində, düşündüyüm kimi olmadı, çox söz atarlar, pis baxarlar, amma heç belə gözləmirdim, heç reaksiya vermirlər, yaxşıdır.
 
– Nəticəni necə gözləyirsiniz?
– 2:0. Birinci hissə bitdi, amma hələ də ümid edirəm, 2:0 hesabı ilə qələbə qazanacağıq.
 
– Növbəti oyunlara gələcəksinizmi?
– Fan-klub belə davam edərsə, xanımlar üçün ayrıca yer ayrılarsa, gələcəm.
 
Azarkeş Arzu Rzayeva fan-klubla matçın maraqlı olduğunu, kişilərinsə bunu zamanla qəbul edəcəyini bildirdi:
 
– Fan-klub barədə facebookda dost siyahımda olan Yelena Sidorenko məlumat verdi. O, təklif etdi ki, ayın 18-də “Qarabağ” klubuna xanımların dəstəyi olacaq. Onun təşəbbüsü ilə bu fan-kluba qoşuldum və gəlib izlədim. Nə yaxşı da gəlmişəm.
 
– Stadiona ilk gəlişiniz idi?
– Xeyr, ilk dəfə deyildi, amma “Qarabağ”ın oyununa ilk dəfə idi gəlirdim.
 
– Xanımların ayrıca matç izləməsi necə qərardı?
– Məncə, daha maraqlıdı və xanımlarımızın sayı daha çox olmalıdı. Kişilərimizin bir çox şeylərə baxışları hər zaman mənfi olub, amma zaman keçdikcə qəbul ediblər. Düşünürəm ki, müəyyən vaxt alacaq, amma qəbul edəcəklər.
 
– Matç necə keçdi?
– Heç-heçə bitdi, amma çox zövq verdi, çünki komandamızın oyunçuları bütün güclərini qoydular, çox təəssüf ki, olmayanda olmur, amma yenə də qarabağlıyıq, ürəyimiz onlarla döyünür.
 
– Xanımlara nə demək istərdiniz?
– Stadiona gəlsinlər, sevdikləri klublara dəstək olsunlar. Heç nədən və heç kimdən çəkinməsinlər. Biz demokratik ölkənin vətəndaşlarıyıq və seçimlərimiz də azaddır.
 
SEVİNC XANQIZI
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm