Premyer-liqa
Sxadadze: "Bu hesabı unudun"
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Pre…
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 7:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyun bizim üçün yaxşı keçdi. Mən bütün futbolçularıma mükəmməl oyuna görə təşəkkür edirəm. Bu oyuna psixoloji cəhətdən köklənməyimiz vacib idi. Bilirsiz ki, “Qarabağ” qrup mərhələsinə düşdükdən sonra məhz “Bakı” ilə oyunda xal itirmişdi. Biz 3 qol vurduqdan sonra ötürmələrdə müəyyən səhvlər etdik. Amma bir müddət sonra hər şey qaydasına düşdü. Oyundan sonra futbolçulara dedim ki, bu hesabı unudun. Çünki bizi qarşıda AZAL ilə çox çətin oyun gözləyir”.