Ölkə futbolu
Sadıq Sadıqov: "Bu hadisə Azərbaycan futbolu tarixinə qızıl hərflərlə yazılacaq"
Bakı 2020-ci ildə keçiriləcək Avropa çempionatına e…
Bakı 2020-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərdən biri kimi təsdiqlənib. Futbolinfo.az xəbər verir ki, bu münasibətlə “Neftçi”nin prezidenti Sadıq Sadıqov AFFA-nın prezidenti Rövnəq Abdullayevi təbrik edib. Təbrikdə deyilir:
“Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəaları rəhbərlik etdiyiniz AFFA tərəfindən uğurla həyata keçirilir. Bunun nəticəsi olaraq Azərbaycan futbol ictimaiyyəti daha bir tarixi nailiyyətə sevindi. Bakının adı 2020-ci ildə Avropa çempionatına ev sahibliyi edəcək şəhərlər siyahısında səsləndirildi. Təbii ki, bu hadisə Azərbaycan futbolu tarixinə qızıl hərflərlə yazılacaq. İnanırıq ki, sizin rəhbərliyiniz altında qitə miqyaslı yarış uğurla keçiriləcək və Azərbaycan təşkilatçılıq sahəsində daha bir örnək verəcəkdir. Bu tarixi nailiyyətin qazanılması münasibəti ilə Sizi bir daha səmimi qəlbdən təbrik edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”. (klub saytı)
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi