Premyer-liqa
Yalnız avrokuboklarda "Qarabağ" azarkeşi olanlar (FOTOLAR)
Topaz Premyer Liqasının qapanış matçında son Azərbaycan &…
Topaz Premyer Liqasının qapanış matçında son Azərbaycan çempionu "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Simurq"u qəbul etdi. Futbolinfo.az xəbər verir ki, azarkeşlər bu qarşılaşmaya elə də ciddi maraq göstərməyib.
Təqdim etdiyimiz fotolarda göründüyü kimi, mərkəzi arenanın tribunaları boş qalıb. Qarşılaşmanı izləyən fanatlar isə heç bir sektoru tam doldurmazdı. Maraqlıdı ki, zaqatalalı azarkeşlər də ağdamlı fanatlarla eyni sektorda əyləşmişdi.
Xatırladaq ki, bundan bir neçə gün öncə "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"i ilə oyununda arena tam dolmuşdu. Bu, bir daha göstərir ki, azarkeşlər üçün Topaz Premyer Liqası heç bir maraq kəsb etmir.