I Liqa
"Mil-Muğan"da lipa – kluba 3 oyun texniki məğlubiyyət veriləcək
Futbol üzrə Azərbaycan 1-ci divizionunun son turunda keç…
Futbol üzrə Azərbaycan 1-ci divizionunun son turunda keçirilən “Mil-Muğan” – “Turan-T” klublarının oyununda böyük biabırçılığın üstü açılıb. Futbolinfo.az xəbər verir ki, İmişli klubu 1990-cı il doğumlu Orxan Məhərrəmlinin ad, soyad və təvəllüdünü dəyişərək, 1993-cü il doğumlu Fərid İbrahimli adıyla oynadırmış. Bu məsələnin üstünü isə Tovuz klubunun prezidenti Namiq Məstənov açıb.
İş ondadı ki, Orxan Məhərrəmli Fərid İbrahimli adıyla arxada qalan hər 3 turda meydana çıxıb. Buna görə də, hər üç oyunun – “Mil-Muğan” – “Göyəzən” (6:1), “Rəvan” – “Mil-Muğan” (1:1) və “Mil-Muğan” – “Turan” (1:0) oyunlarının nəticələri ləğv olunaraq, hər üç qarşılaşmanın nəticəsi 0:3 hesablı texniki məğlubiyyətlə əvəzlənəcək.
Qeyd edək ki, “Mil-Muğan” hazırda 3 oyundan 7 xal toplayaraq 1-ci divizionda liderdi.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də məsələ ilə bağlı açıqlama verib: “Bildiyim qədərilə, artıq bu barədə qərar qəbul edilib. “Mil-Muğan”dakı lipa yox, limitin pozulmasıdı. Buna görə də, klubu çox ağır cəza gözləyir. Təbii ki, komandaya hər üç oyuna görə texniki məğlubiyyət veriləcək. Bu komanda canını bununla da qurtarmayacaq. “Mil-Muğan”ı, eləcə də bu işi görənləri çox ağır cəza gözləyir”. (stadium.az)
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?