I Liqa
Namiq Məstanovu diktor ayıldıb
Futbol üzrə Azərbaycan 1-ci divizionunun son turunda keç…
Futbol üzrə Azərbaycan 1-ci divizionunun son turunda keçirilən “Mil-Muğan” – “Turan-T” klublarının oyununda böyük biabırçılığın üstü açılıb. Futbolinfo.az xəbər verir ki, İmişli klubu 1990-cı il doğumlu Orxan Məhərrəmlinin ad, soyad və təvəllüdünü dəyişərək, 1993-cü il doğumlu Fərid İbrahimli adıyla oynadırmış. Bu məsələnin üstünü isə Tovuz klubunun prezidenti Namiq Məstanov açıb.
Məstanov saytımıza açıqlama verərək, məsələdən necə agah olduğundan danışıb:
“Oyun gedirdi. Pratokolun surəti də məndə idi. Diktor elan etdi ki, qırmızı vərəqə Orxan Məhərrəmliyə verildi. Baxdım ki, protokolda belə bir adam yoxdu. Diktorun adı səhv dediyini fikirləşdim. Baxdım ki, heç 18-lik heyətdə də belə bir futbolçu yoxdu. Bu, məndə bir az şübhə yaratdı. Ondan sonra da hakimlər briqadasından xahiş etdim ki, həmin futbolçunun lisenziyasını gətirsinlər. Lisenziya gəldi, gördüm ki, möhür üst-üstə düşmür. Möhürün yarısı şəkilin üstündə olmalıdı axı. Şəkil sonradan yapışdırılma idi. Protokola da yazdım ki, bu məsələ araşdırılsın. Məlum oldu ki, saxtakarlıq var”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…