Dünya futbolu
Futbolçumuz yenə oynamadı, komandası məğlub oldu
İsveç çempionatının yüksək liqası sayılan All…
İsveç çempionatının yüksək liqası sayılan Allsvenskanda 26-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin yeni üzvü Emin Nurinin komandası “Kalmar” doğma arenada “Hekken”lə qarşılaşıb.
Görüş ev sahibi komandanı 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Özbəkistanla yoxlama matçında yığmamızın heyətində debüt edən və həmin matçda da zədələnən yarımmüdafiəçimiz isə bu matçı da buraxmalı olub. O, son olaraq 20-ci turda meydana çıxıb.
Qeyd edək ki, “Kalmar hazırda 35 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub