Dünya futbolu
PSJ rəhbərliyi Fransanın sabiq prezidentinə üz tutdu
Fransa mətbuatı maraqlı iddia ilə çıxış edib. Futbolinfo…
Fransa mətbuatı maraqlı iddia ilə çıxış edib. Futbolinfo.az xəbər verir ki, media ölkənin sabiq prezidenti Nikola Sarkozinin PSJ-nin prezidenti ola biləcəyini yazıb.
İddialara görə, Paris klubunun ərəb sahibi Nasser Əl-Xəlafi Sarkoziyə klub prezidentliyi vəzifəsini təklif edib.
Bu məlumatı Sarkozi özü də təsdiqləyib: "Mən onsuz da PSJ-nin prezidenti kimiyəm. Nə zaman ora getsəm, klubun sahibi Nasser Əl-Xəlafi məni prezident kimi qarşılayır".