Dünya futbolu
Türkiyə kubokunda 3-cü tur: Futbolçularımız rəqiblərini tanıdı
Futbol üzrə Türkiyə kubokunda 3-cü mərhələnin p&uu…
Futbol üzrə Türkiyə kubokunda 3-cü mərhələnin püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, qardaş ölkənin PTT 1-ci Liqasında çıxış edən azərbaycanlı futbolçular da rəqiblərini tanıyıblar.
Belə ki, millimizin üzvləri Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin çıxış etdiyi "Qaziantep BB" 3-cü liqa təmsilisi "Yeni Aksaray Spor"la üz-üzə gələcək.
Belə ki, millimizin üzvləri Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin çıxış etdiyi "Qaziantep BB" 3-cü liqa təmsilisi "Yeni Aksaray Spor"la üz-üzə gələcək.
Cavid İmamverdiyevin "Elazığspor"u da bu mərhələyə adlayan şanslı klublardandı. Onlar 3-cü liqada mübarizə aparan "Yaşamspor"la qarşılaşacaq. Millimizin sabiq hücumçusu Branimir Subaşiçin komandası da eyni çempionatda çıxış edən rəqiblə qarşılaşacaq. "Tarzanlar" "Kömürspor" qarşısında duruş gətirməyə çalışacaq.
Ayaz Mehdiyevin çıxış etdiyi "Giresunspor"a isə nisbətən çətin rəqib düşüb. "Ağ-yaşıllar" 2-ci liqada çıxış edən "Bayrampaşa" ilə münasibətlərinə aydınlıq gətirəcək.