Dünya futbolu
Berti Foqtsdan sonra rumıniyalı mütəxəssis…
Donetsk "Şaxtyor"unun baş məşqçisi Mirça L…
Donetsk "Şaxtyor"unun baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasında "Portu" ilə matçdan sonra keçirilən mətbuat konfransını yarımçıq tərk edib. Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssisin əsəbiləşməsinə səbəb Donetsk təmsilçisinin sözügedən qarşılaşmada 2:0 hesabı ilə öndə olmasına baxmayaraq, bu üstünlüyü qoruya bilməmələri olub.
Luçesku 2:2 hesablı bərabərliklə başa çatan oyundan sonrakı mətbuat konfransında sadəcə bunları deməklə kifayətlənib: "Məyus olduğumu demək istəmirəm. Çox danışmaq fikrim yoxdu. Hər kəs qarşılaşmanın 2:0 hesabı ilə bitəcəyini gözləyirdi. Ancaq son dəqiqələrdə iki qol buraxdıq və qələbəni əldən verdik”.
Qeyd edək ki, futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsa da AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki Bolqarıstan məğlubiyyətindən (1:2) sonra əsəbiləşərək, mətbuat konfransını yarımçıq tərk etmişdi.