Dünya futbolu
Totti: “38 yaşımda qol vurmağıma əhəmiyyət vermirəm”
Dünən Çempionlar Liqasında matçında "Man&cc…
Dünən Çempionlar Liqasında matçında "Mançester Siti” ilə qarşılaşan "Roma"nın kapitan Françesko Totti 1:1 hesablı oyunla bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, həmin matçda komandasının yeganə qolunu vuran və ÇL tariçində qol vuran ən yaşlı futbolçu adına sahib çıxan hücumçu bu sözləri deyib:
"90 dəqiqəyə baxsaq, "Roma"nın qol imkanları vardı. Oyunu qalib tamamlaya da bilərdik. Penalti qolu ilə hesabda geri düşdük. Avropanın ən güclü klublarından birinə qarşı geri dönüş etmək asan deyildi. Bu gün meydanda nə qədər dəyərli olduğumuzu sübut etdik. "Bavariya” və "Mançester Siti" kimi klubların mübarizə apardığı qrupdan çıxmaq asan məsələ deyil. Bunun üçün əlimizdən gələn etməliyik. Açığı, mən 38 yaşımda qol vurmağıma böyük əhəmiyyət vermirəm. Daima komandamı düşünürəm və elə uzun müddət oynamağımın səbəbi budu. Klub üçün qol vuranda şəxsi naliyyətlər də əldə olunur".