Dünya futbolu
Valter Matsarri: "Qarabağ"la oyun böyük tələdi"
Bu gün İtaliya “İnter”inin baş məşqçisi V…
Bu gün İtaliya “İnter”inin baş məşqçisi Valter Matsarri "Qarabağ"la oyunöncəsi mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, sabah Avropa Liqasının qrup mərhələsində evdə Ağdam təmsilçisini qəbul edəcək Milan klubunun baş məşqçisi çətin oyun keçəcəyini deyib.
Matsarri "Qarabağ"la oyunu tələyə bənzədib: "Ötən turdakı oyun bizə yaraşmadı. Biz elə komanda deyilik. "Atalanta" və "Sassuolo" ilə matçda yaxşı nəticələr qazansaq da, yenə də yaxşı deyildi. Sabah "İnter" nə etməlidi? Əminəm ki, sabah fərqli oyun göstərəcəyik. Ya da yarışların intensivliyini nəzərə alaraq, maksimum xal qazanmalıyıq. Yeni kollektivimiz var və hər şey qaydasında gedir. Əgər problem olarsa, onu da həll etməliyik. Məlum olduğu kimi "Qarabağ"la oyunu bəzi oyunçularım buraxmalı olacaq. Çünki onlar zədəlidi. Amma mən komandamdakı bütün futbolçulara güvənirəm. Bilirəm ki, onlar əllərindən gələni edəcəklər. Sabahkı oyun böyük tələdi. Çünki "Qarabağ" yaxşı və möhkəm komandadı. Biz sabah "Kalyari" matçından fərqli oyun göstərmliyik".