Dünya futbolu
MY və “Çelsi”nin irlandiyalı savaşı
İngiltərə təmsilçisi "Everton"un müdafiə&cc…
İngiltərə təmsilçisi "Everton"un müdafiəçisi Şeymus Koulman ölkənin nəhəng klublarının transfer hədəfinə düşüb. Futbolinfo.az xəbər verir ki, "Mançester Yunayted" və “Çelsi” 25 yaşlı irlandiyalını heyətinə qatmaq istəyir.
"Qırmızı şeytanlar" 25 yaşlı futbolçunun müqabilində Liverpul təmsilçisinə Maruan Fellaynini təklif edib. "Çelsi" isə həmin futbolçu üçün 20 milyon funt sterlinq ödəməyə hazırdı. London klubu Koulmeni İvanoviçin mövqeyində oynatmaq istəyir.
Qeyd edək ki, hər iki klub da qış transfer dövründə futbolçuya təklif göndərməyi planlaşdırır.