Dünya futbolu
"Atletiko"da ciddi itki
Bu gün Çempionlar Liqasının qrup mərhələsinin i…
Bu gün Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Yuventus"la qarşılaşacaq Madrid "Atletiko"su ciddi itki ilə üzləşib.Futbolinfo.az xəbər verir ki, İspaniya təmsilçisinin kapitanı Qabi (Qabriel Fernandes) zədə səbəbindən sözügedən qarşılaşmanı buraxmalı olacaq.
Belə ki, La Liqanın son turundakı "Sevilya" matçında xəsarət alan 31 yaşlı yarımmüdafiəçinin adı "Yuventus"la oyunun iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Atletiko" – "Yuventus" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.