Dünya futbolu
“Ronaldo bu il də “Qızıl Top”u qazanacaq”
Madrid “Real"ının baş məşqçisi Karlo Ancelotti …
Madrid “Real"ının baş məşqçisi Karlo Ancelotti komandasının ulduz futbolçusu Kriştianu Ronaldo haqda xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, o, ötən il olduğu kimi bu il də portuqaliyalının "Qızıl Top" mükafatını qazanacağına şübhə etmir:
"Dünyanın ən yaxşı futbolçusunun kim olacağı artıq bəllidi. Ronaldonun seçiləcəyinə dair şübhəm yoxdu. Bu mövzu müzakirə olunmaz. Məncə, "Qızıl top"u yenə Ronaldo qazanacaq".
Qeyd edək ki, Ronaldo 2014-cü ildə 40 matçda 42 qol vurub. O, bu il Çempionlar Liqası, Kral Kuboku və UEFA Super Kubokunu qazanıb. Forvard həmçinin avqustda UEFA tərəfindən Avropada ilin ən yaxşı futbolçusu mükafatına layiq görülüb.
"Qızıl Top" mükafatının sahibi yanvarda bəlli olacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”