Dünya futbolu
“Yuventus”un müdafiəçisi sıradan çıxdı
"Yuventus"un müdafiəçisi Martin Kaseres bir ay …
"Yuventus"un müdafiəçisi Martin Kaseres bir ay müddətinə yaşıl meydanlardan kənarda qalacaq. Futbolinfo.az xəbər verir ki, uruqvaylı oyunçu həftə sonu "Roma" ilə keçirilən gərgin oyunda zədələnib. Onun sol ayaq əzələsində problem olduğu deyilir. "Qoca sinyora"nın rəsmi saytı da bu xəbəri təsdiqləyib.
Xatırladaq ki, "Roma" oyunundan öncə də zədəsi olan Kaseres matç saatına qədər hazır vəziyyətə gətirilmişdi.