Dünya futbolu
Kasilyas: “Premyer Liqada oynamaq barədə düşünmüşəm”
Madrid “Real”ının qolkiperi İker Kasilyas komandadan ay…
Madrid “Real”ının qolkiperi İker Kasilyas komandadan ayrılmayacağı fikrini yeniləyib. Futbolinfo.az xəbər verir ki, o, haqqında yayılan transfer iddialarına baxmayaraq, klubu tərk etməyəcəyini bildirib:
"Mən İspaniyanı tərk edib Premyer Liqada oynamaq barədə düşünmüşəm. Amma sonra fikirləşdim ki, qalıb mübarizə aparmalıyam. Son 2 il mənə vuruşmağı öyrətdi. Heç zaman konkret təkliflər almamışam. Mənim fikrim karyeramı "Real"da başa vurmaqdı".
Qeyd edək ki, Kasilyasla “Arsenal” və “Liverpul” maraqlanır.