Premyer-liqa
"Simurq" "Dinamo" ilə yoxlama matçı keçirəcək
"Simurq" Topaz Premyer Liqasının növbəti turuna haz?…
"Simurq" Topaz Premyer Liqasının növbəti turuna hazırlıqları davam etdirir. Futbolinfo.az xəbər verir ki, üç günlük istirahətdən sonra oktyabrın 6-da Zaqatalada bir araya gələn "sarı-qaralar" gündə iki dəfə olmaqla məşqə çıxır.
Yalnız millinin düşərgəsində olan İlkin Qırtımov, Vadim Abdullayev və Vüqar Mustafayev hazırlıqlarda iştirak eləmir. Uzun müddətdi zədə səbəbindən komandadan ayrı qalan Murad Səttarlı isə artıq tam sağalaraq, məşqlərə başlayıb.
Milli komandanın seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən Zaqatala təmsilçisi iki günlük Gürcüstana yollanacaq. Qonşu ölkənin paytaxtında sabah növbəti məşqinə çıxacaq Georgi Çixradzenin yetirmələri oktyabrın 11-də Bakı vaxtı ilə saat 17:00-da Tiflis "Dinamo"su ilə yoldaşlıq görüşü keçirdəcək. Bundan sonra Zaqatalaya qayıtmağı planlaşdıran "Simurq", bir günlük istirahətdən sonra yenidən çalışmaları davam etdirəcək.
Qeyd edək ki, Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Simurq"un rəqibi hazırkı turnir cədvəlinin lideri olan "İnter" klubu olacaq.
(Klub saytı)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”