Dünya futbolu
Pirlo millimizlə oyundan öncə Konteyə təşəkkür etdi
AÇ-2016-nın seçmə mərhələsi çərçivə…
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycanla qarşılaşacaq İtaliya millisinin ulduz futbolçusu Andrea Pirlo matçdan öncə maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışan 35 yaşlı yarımmüdafiəçi milliyə qayıtmasını şərh edib.
Pirlo onu yığmaya çağırdığı üçün baş məşqçi Antonio Konteyə təşəkkür etdi: "Məni milliyə Konte qaytardı. Bu, önəmli addımdı. Konte ilə işləmək həyəcanlı olacaq. Milliyə çağırılmaq gözəl duyğudu. Mən yaşımın çox olmasını elə də problem hesab etmirəm. Çünki, hələ də əvvəlki həyəcana sahibəm".
Qeyd edək ki, İtaliya – Azərbaycan matçı bu gün saat 23:45-də Palermo şəhərindəki “Renzo Barbera” stadionu keçiriləcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir