Ölkə futbolu
İnfantinonu AÇ-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı narahatlığı
UEFA-nın baş katibi Canni İnfantino AÇ-2020-nin oyunlarına …
UEFA-nın baş katibi Canni İnfantino AÇ-2020-nin oyunlarına ev sahibliyi edəcək 13 şəhərlə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, qitə futbol qurumunun rəsmisi bu çempionatın ən çox ilk dəfə AÇ həyəcanı yaşayacaq ölkələrə töhvə verəcəyini bildirib.
O, bəzi məsələlərlə bağlı narahatlığını da dilə gətirib: "Həmin 13 ölkədəki insanlar Avropa çempionatını keçirməyin hissini yaşayacaqlar. Onların içərisində bu həyəcanı ilk dəfə yaşayanlar da var. Həmin ölkələrdə yeni stadionlar tikiləcək və bu hadisə orada futbolun inkişafına töhvə verəcək. Həmin ölkələrlə bağlı bir narahatçılığımız var. Əgər o ölkələrdən hansınınsa milli komandası bu çempionatın final mərhələsinə vəsiqə qazana bilməsə, orada tamaşaçı qıtlığı yaşana bilər".
Qeyd edək ki, sentyabrın 19-da İsveçrənin Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. iclasda AÇ-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərin siyahısı müəyyənləşdi. Qalib şəhərlər arasında Azərbaycan paytaxtı Bakı da var.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?