Müsahibə
Aqolli: "İtaliya – Azərbaycan matçının nəticəsi 1:1 olmalıydı"
Albaniya millisinin və "Qarabağ"ın müdafiəçi…
Albaniya millisinin və "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin futbolinfo.az saytına müsahibəsi
– Danimarka millisi ilə evdə 1:1 hesabı ilə bərabərə qaldız. Həmin oyunu necə şərh edərdiz?
– Hesab edirəm ki, Danimarka qarşısında çox yaxşı oyun nümayiş etdirdik. Hesabı açdıq və çoxlu imkamlarımız oldu ki, ikinci qolu da vuraq. Amma bəxtimiz gətirmədi. Onlar ancaq ikinci hissədə bir qol epizodu yarada bildilər, onu da qaçırmadılar. Bu oyunda 3 xal qazana bilərdik. Qələbə qazanmaq üçün hər şey etdik, sadəcə, bəxtimiz gətirmədi. Yenə də məyus olmaq olmaz. İki oyunda 4 xal qazandıq və hazırda növbəti matça köklənmişik.
– Növbəti rəqibiniz də Serbiya millisidi. Onlar hələ qələbə qazana bilməyiblər. Bu oyunda bəxtsizliyi yenə biləcəksizmi?
– Hər şeydən əvvəl onu deyə bilərəm ki, səfər matçları bir az ağır olur. Amma biz Serbiyaya əlimizdən gələnin ən yaxşısını etmək üçün gəlmişik. Düzdü, rəqib yaxşı komandadı. Amma ümid edirəm ki, Albaniyaya yaxşı nəticə ilə qayıdarıq.
– Azərbaycan millisinin İtaliya ilə oyununu izlədiz?
– Bəli. Son dəqiqəsinə kimi izlədim. Orada mənim komanda yoldaşlarım da çıxış edir.
– Bu matçı necə dəyərləndirərdiz?
– Hər şeydən əvvəl onu qeyd etməliyəm ki, qarşıdakı sıradan rəqib deyildi. İtaliya millisi bütün turnirlərdə kubok uğrunda savaşır. Buna da neçə dəfə nail ola biliblər. Qısası, rəqibin gücündən danışmağa ehtiyac yoxdu. Bunu hamı bilir. Belə rəqibə qarşı səfərdə oynamaq çox çətindi.
– Belə çıxır komandamızın oyunundan razı qalmısız?
– Bəli. Azərbaycan İtaliya qarşısında yaxşı mübarizə apardı. Rəqib güclü idi, Azərbaycan yaxşı vuruşdu. Mən belə fikirləşirəm ki, bu oyunun nəticəsi 1:1 olmalıydı.
– Nəyə əsasən belə fikirləşirsiz?
– Çünki Azərbaycan yaxşı oynadı. Yaxşı çalışdı. Azərbaycan taktiki cəhətdən yaxşı oynaya bilir.
– İtaliyaya 1:2 hesabı ilə məğlub olduq. Amma növbəti rəqibimiz Xorvatiya da elə onun qədər güclüdü. Sizcə, komandamız Modriçlərin, Mandjukiçlərin qarşısında nəsə edə biləcək?
– Sizinlə razılaşıram ki, rəqib çox güclüdü. Onların səviyyəli futbolçuları var. Amma Modriçlərin, Mandzukiçlər hər şey demək deyil. Əvvəlcədən heç nə deyə bilmərik. Elə bu səbəbdən də futbol gözəldi, möhtəşəmdi. Ümid edirəm ki, Azərbaycan Xorvatiyada yaxşı nəticə qazanacaq.
ELMAR VƏLİYEV
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?