Dünya futbolu
Ansi Aqollinin çıxış etdiyi matçda qalmaqal
“Qarabağ”ın futbolçusu Ansi Aqollinin çıx…
“Qarabağ”ın futbolçusu Ansi Aqollinin çıxış etdiyi Albaniya millisinin AÇ-2016-nın seçmə mərhələsində çərçivəsində səfərdə keçirdiyi Serbiya ilə matçı yarımçıq dayandırılıb. Futbolinfo.az xəbər verir ki, Bakı vaxtı ilə 23:45-də start götürən görüş 41 dəqiqə davam edə bilib.
Belə ki, birinci hissənin sonlarına yaxın qonaq komandanın azarkeşləri helikopterlə ölkələrinin bayrağını meydana endiriblər. Ev sahibi futbolçular isə bayrağı qopartmağa çalışıb. Bu zaman alban və serb oyunçuları arasında mübahisə yaşanıb. Serbiyalı fanatlar isə meydana yanan maddələr ataraq, Albaniyadan olan futbolçuları döyməyə çalışıb.
Bu səbəbdən də Aqollinin də start heyətdə meydana çıxdığı Belqraddakı matç yarımçıq dayandırılıb. Bu oyunun nə vaxt keçiriləcəyi isə hələlik bəlli deyil.
Xatırladaq ki, Kosova məsələsinə görə serblərlə albanlar arasında gərgiqlik uzun illərdi davam edir. Bu səbəbdən də həmin komandalar arasındakı görüş ən təhlikəli qarşılaşmalaradan hesab olunur.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”