Ölkə futbolu
"Dnepr" qrupdan çıxmaq istəyirsə, "Qarabağ"ı hər iki matçda udmağa məcburdu"
Ukrayna mətbuatı "Dnepr"in Avropa Liqasının qrup mat&cce…
Ukrayna mətbuatı "Dnepr"in Avropa Liqasının qrup matçları ilə bağlı məlumat dərc edib. Futbolinfo.az xəbər verir ki, yerli media komandanın qrupdan çıxmaq şanslarını dəyərləndirib.
Mənbədə qeyd olunub ki, "Dnepr" qrupdan çıxmaq üçün "Qarabağ"la hər iki matçda da qalib gəlməyə məcburdu: "Dnepr" 21 gün ərzində 4 çempionat, 2 Avroliqa və 1 kubok oyunu keçirəcək. Həmin oyunlar arasındakı interval isə 2-3 gün olacaq. Bundan əlavə komanda 6 min kilometr yol qət edəcək. Avtobusda və təyyarədə olacaq. Qrupda da çətin rəqiblər var. Ona görə də "Dnepr" qrupdan çıxmaq istəyirsə, "Qarabağ"ı hər iki matçda udmağa məcburdu".
Qeyd edək ki, “Dnepr” Avropa Liqasının qrup mərhəəsində növbəti matçı oktyabrın 23-də Kiyevdə Azərbaycan təmsilçisi “Qarabağ”la keçirəcək.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”