Ölkə futbolu
Ramin Musayev: “İnter” və “Neftçi” hakim haqsızlıqları ilə üzləşdi”
Bu gün 23-cü Azərbaycan kubokunun püşkatma mərasimi …
Bu gün 23-cü Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbiri giriş sözü ilə PFL-in prezidenti Ramin Musayev açıb.
O, bunları bildirib: “Hərdən deyirlər ki, komandalar bir-birinə kömək edir. Özünüz də şahidi olursunuz ki, hər şey şəffaf keçirilir. Ölkə çempionu bizi Avropada layiqincə təmsil edir. Amma avrokuboklarda “İnter” və “Neftçi” hakim haqqsızlıqları ilə üzləşdi. Onların avrokuboklarda mübarizəni dayandırmasının səbəbi hakimlər oldu. Bu, danılmaz faktdı. Çalışırıq ki, ölkə çempionatında bu cür hallar yaşanmasın. Kim layiqdisə, o da qalib gəlsin. Bu il ölkə kubokunda bir sıra dəyişiklər oldu. Çempionat oyunlarında olduğu kimi, kubok yarışlarında da, eyni topdan istifadə olunacaq. Bu il birinci diviziona ötən ilkindən fərqli olaraq, daha çox nəzarət olunur. Aşağı dəstəyə diqqət yönəldiyimizə görə qayda pozuntularını da aşkarlayıb, bunu aradan qaldırırıq. Əsas işlərimizdən biri də elitada çıxış edən komandaların fikirlərini aşağı dəstədə çıxış edən futbolçulara yönəltməkdi. Bu, vacib amillərdən biridi”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”