Dünya futbolu
Derbi Çakıra həvalə olundu
Türkiyə Superliqasında mövsümün ilk derbisi – &q…
Türkiyə Superliqasında mövsümün ilk derbisi – "Qalatasaray" – "Fənərbaxça" matçının hakimləri müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası 6-cı turun mərkəzi qarşılaşmasını ölkənin ən yaxşı hakimi hesab olunan FİFA referisi Cüneyt Çakıra həvalə edib.
Ona Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Alpaslan Dedeş isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, "Qalatasaray" – "Fənərbaxça" oyunu oktyabrın 18-də keçiriləcək.