Dünya futbolu
Suares “Qızıl Buts”una qovuşdu
Ötən mövsüm İngiltərə Premyer Liqasında "Live…
Ötən mövsüm İngiltərə Premyer Liqasında "Liverpul" formasıyla vurduğu 31 qolla "Qızıl Buts"a layiq görülən Luis Suares nəhayət ki, mükafatını alıb. Futbolinfo.az xəbər verir ki, Barselonada Avropa İdman Mediası tərəfindən təşkil olunan təqdimetmə mərasimində uruqvaylı futbolçu "Liverpul"un canlı əfsanəsi Kenni Dalqlişin əllərindən mükafatını alıb.
Suares bu fikirləri səsləndirib: "Fərdi olaraq hər zaman arzuladığım bir mükafatdır. Lakin komanda yoldaşlarım olmadan bu mükafatı qazana bilməzdim. Yenidən rəsmi oyunlarda meydana çıxacağım günü səbirsizliklə gözləyirəm”.
Xatırladaq ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə matçda rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb.