Premyer-liqa
Sxadadze Foqtsu tənqid, Qurbanovu tərif etdi
Topaz Premyer Liqasının 8-ci turunda "İnter" doğma azark…
Topaz Premyer Liqasının 8-ci turunda "İnter" doğma azarkeşləri önündə "Simurq"la qolsuz heç-heçə etdi. Qarşılaşmadan sonra "bankirlər"in baş məşqçisi Kaxaber Sxadadze əməkdaşımızın suallarını cavablandırıb.
– "İnter" bu mövsüm evdə "Qəbələ"ni, "Sumqayıt"ı, "Bakı"nı darmadağın etdi. Çempionatda yaranan fasilədən sonra isə "Simurq"la heç-heçə etdiz. Uzunmüddətli fasilə komandaya nə dərəcədə mənfi təsir edib?
– Çox pis. Dünyanın heç bir yerində mən belə uzunmüddətli fasilə görməmişəm. Sözsüz ki, uzunmüddətli fasilə komandanın çıxışına təsir edir. Məşqçilər adətən yığma komandanı 4-5 günə yığır. Bu da futbolçuları taktiki və psixoloji olaraq qarşıdakı oyuna hazırlamaq üçündü. 10 gün ərzində futbolçuları fiziki məşqlə yükləmək onlara mənfi təsir edir. Berti Foqtsun müsahibəsini oxumuşdum. O, futbolçuların fiziki hazırlığının aşağı olduğunu bildirmişdi. Halbuki, 10 günlük fiziki məşqlər futbolçuya bir ay bəs edir.
– Mentalitetimizi və futbolumuzu yaxındann tanıyan birisiz. Sizin də adınız milli komanda ilə yanaşı hallanır. Foqts təlim-məşq toplanışı üçün 20 gün sərf edirdi. Millinin baş məşqçisi siz olsaz, sizə təlim-məşq üçün neçə gün bəs edər?
– Mən dünya praktikasında oyun öncəsində 20 günlük təlim-məşq toplanışın olduğunu görməmişəm. Bu, futbolçuları həddindən artıq yorur. Mənim milli komanda ilə adımın hallanması qürurvericidi. Bunu deməklə AFFA rəhbərliyinin işinə qarışmaq istəmirəm. Milliyə gənc, yerli, ambisiyalı məşqçi lazımdı. Bu da Qurban Qurbanovdu. Düzünü desəm, Qurbanov baş məşqçi olsa, ona 2 mərhələ lazımdı. Gəlin qəbul edək ki, artıq AÇ 2016-nın seçmə mərhələsində bundan sonra uğur qazanmaq mümkün deyil. Artıq gecdi.
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu
- Milli komanda2024-04-26 17:54
Millimizin təlim-məşq toplanışı olacaq
- Ölkə futbolu2024-04-27 11:18
İnfantino “Qarabağ”ı təbrik edib