Dünya futbolu
Alveş “Fənərbaxça”dan qovulur?
Türkiyə Superliqasının son turunda "Qalatasaray"a qa…
Türkiyə Superliqasının son turunda "Qalatasaray"a qarşı keçirilən oyunda etdiyi hərəkətə görə meydandan qovulan "Fənərbaxça”nın müdafiəçisi Bruno Alveşin klubda qalacağı sual altına düşüb. Futbolinfo.az xəbər verir ki, dünən məşqlərdə iştirak etməyən futbolçu klub prezidenti Aziz Yıldırım ilə görüşüb. Qonşu ölkə mətbuatına inansaq, Yıldırım Alveşi klubunda görmək istəmədiyini bildirib.
"Milliyyet" qəzetinin yazdığına əsasən, portuqal oyunçuya menecerini çağırmağı tapşırıblar. Güman olunur ki, Yıldırım müdafiəçi ilə müqaviləyə xitam verilməsini müzakirə etməyə hazırlaşır.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”