Dünya futbolu
Blan PSJ-nin oyunundan narahatdı
PSJ-nin Çempionlar Liqasında səfərdə APOEL-i minimal hesabl…
PSJ-nin Çempionlar Liqasında səfərdə APOEL-i minimal hesabla məğlub etdiyi oyun baş məşqçi Loran Blanı razı salmayıb. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı qrupda liderliyi davam etdirmələrinə baxmayaraq, mediaya narahatlıq doğuran açıqlama verib:
"Futbolçularım təslim olmayıb sona qədər mübarizə apardılar. Oyun istənilən məcrada davam edə bilərdi. Amma biz daha şanslı olduq. PSJ hücum futbolu göstərdi. Rəqibimiz yaxşı təşkil olunmuş və intizamlı müdafiə xəttinə malik komanda idi. Onlar əks-hücumlarda qol da vura bilərdi. Qələbəyə layiq olub-olmamaq barədə bir şey demirəm. Bizə 3 xalı qazanmaq vacib idi. Kavaninin sayəsində bu istəyimizə çatdıq. Son vaxtlar onda özünəinam çatışmırdı. Ümid edirəm, bu qolla həmin səddi geridə qoyar. Cari mövsüm bizim üçün daha çətin keçir. Mundialda bir sıra aparıcı oyunçularımız, xüsusilə də İbrahimoviç iştirak etmədi. Bununla yanaşı, topa nəzarət etdiyimiz oyunlarda üstünlük PSJ-də olub. Bəzi futbolçular və ümumilikdə, komanda optimal formada deyil, narahatam".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”