Milli komanda
Yığmamız almanlara divan tutdu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının …
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Almaniyanın Heusenstamm şəhərindəki təlim-məşq toplanışı davam edir. Futbolinfo.az xəbər verir ki, komandamız hazırlıq çərçivəsində növbəti yoxlama matçını keçirib.
“Bayern Alzenau” klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 6:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, yığmamızın qollarını Benhur Kama, Yusup Xakimov, Mansur Nəhavəndi, Fəhmin Muradbəyli, Elnur Süleymanov və Vadim Ağarəhimov vurub.
(AFFA)