Dünya futbolu
Biliç: “Dayansaq, hər şey əldən gedə bilər”
"Beşiktaş"ın baş məşqçisi Slaven Biliç d…
"Beşiktaş"ın baş məşqçisi Slaven Biliç dünən Avropa Liqasının 3-cü turunda "Partizan"la səfər matçından (0:4) sonra açıqlama verib. Futbolinfo.az xəbər verir ki, xorvat mütəxəssis layiqli qələbə qazandıqlarını qeyd edib:
"Qələbə qazanmağı haqq etdik. Azarkeşlər bizi çox yaxşı dəstəklədi. Əvvəldən sonadək üstünlük bizim tərəfimizdə idi. Topa nəzarət etdik. Üçüncü zonada yaxşı işlədik və qalib gəldik. Oyun baxımından eniş və ya yüksəliş ola bilər. Amma oyun standartını əsas tutmaq lazımdı. "Partizan"la matçı da əla keçirdik. Hələ ki oktyabr ayını yaşayırıq. Əgər dayansaq, hər şey əldən gedə bilər. Gərgin çalışmağa davam etməliyik".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”