Premyer-liqa
"Qarabağ" qayıtdı və başladı
"Qarabağ" artıq Bakıdadı. Futbolinfo.az xəbər verir ki…
"Qarabağ" artıq Bakıdadı. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Ukrayna "Denpr" ilə qarşılaşan komandamız 1:0-lıq tarixi qələbənin ardından dərhal Bakıya qayıdıb.
Səhər 8:30-da Bakıya çatan komandamız axşam yenidən yığışıb. Premyer Liqanın 9-cu turunda "Xəzər Lənkəran"la qarşılaşacaq Ağdam klubu dərhal hazırlıqlara başlayıb. Komanda sabah 1 məşqin ardından növbəti oyununa çıxacaq.
Qeyd edək ki, "Qarabağ" – "Xəzər-Lənkəran" oyunu oktyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 18:00-da start götürəcək. (klub saytı)