Bizi izləyin

Premyer-liqa

50 qəpiklik oyun

Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində baş…

blank
Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində baş tutan “Qəbələ” – “Sumqayıt” matçına biletin qiyməti 50 qəpik idi. Bu, yerli azarkeşlərin stadiona cəlb olunması üçün atılan addımlrdan biridi və bu ənənə ötən mövsümdən bəri davam edir. 
 
Biletin 1 tum və 1 qazlı su dəyərərində olmasına baxmayaraq yerli fanatlar doğma komandalarının oyuna elə də ciddi maraq göstərmədilər. Stadiona toplaşanlar fan-klubun üzvləri, “Qəbələ”nin aşağı yaş qrupunda çıxış edən futbolçular və bir neçə şəhər sakini idi.
 
Azarkeşlərin “Qəbələ”nin matçına maraq göstərməməsini öncə rəqibin “Sumqayıt” olması ilə də əlaqələndirmək olardı. Di gəl ki, yerli komandanın ürək açmayan oyunu ilk versiyanı ikinci plana keçirmişdi. Yuri Syominin vaxtında olduğu kimi, Dorinel Muntyanunun dönəmində də oyun “qırmızı-qaralı” futbolçuların fərdi ustalığı üzərində qurulub. Lakin ötən mövsümdən fərqli olaraq, rumın çalışdırıcının gətirdiyi legionerlərin dişsizliyi qarşıya qoyulmuş vəzifəni yerinə yetirməyə mane olur.
 
Ümumi götürsək, “Qəbələ”nin ilk hissədə sərgilədiyi futbol elə matçın biletinə qoyulmuş qiymətin dəyərində idi. Muntyanunun komandaya cəlb etdiyi Markus Vidalın açıq-aşkar formada olmadığı hiss olunurdu. “Radarlar”ın tez-tez top itkilərinə yol verməsi hücumların yarıda dayanmasına səbəb olurdu. Sağ cinah isə nəzərə çarpacaq qədər ciddi deyildi. Bundan başqa Ruslan Tağızadə və Müşfiq Teymurov yarımmüdafəçiləri topla təmin etməkdə çətinlik çəkirdi.
 
Elə bunun nəticəsi idi ki, “Sumqayıt” ilk hissədə etdiyi nadir hücumların birində hesabı açdı. 40-cı dəqiqədə Ramazan Abbasov Kamran Ağayevin qoruduğu qapıya Muarem Muarem sayağı qol vurdu. İkinci hissə isə tamam fərqli oldu. “Qəbələ” hissənin başlanğıcında rəqib qapıçısını tez-tez narahat etməyə başladı. İlk hissədə bərbad oyunu ilə yadda qalan Markusun 46-cı dəqiqədə Ekiqo Ehiosun ilə əvəzlənməsi də öz sözünü deməyə başlamışdı. Amma yenə də qeyri-dəqiq zərbələr status-kvonu bərpa etməyə mane olurdu.
 
Matçda əsas hadisələr isə 70-ci dəqiqədən sonra cərəyan etməyə başladı. 73-cu dəqiqədə “Sumqayıt” əks-hücumda rəqibini yaxalayaraq, fərqi iki topa çatdırdı. Lakin yan xətt hakimi Munis Abdullayevin Məhəmməd Qurbanovun vurduğu qolu ofsayd kimi dəyərləndirməsi, narazılıqlara, eyni zamanda da şübhələrə səbəb oldu. Televiziya çəkilişindən epizodun arxa plandan çəkilməsi isə şübhələrin aradan qalxmasına imkan  vermir. Epizoda yalnız PFL-in kameraları vasitəsi ilə çəkilən görüntülərə baxdıqdan sonra obyektiv qiymət vermək olar.
 
“Qəbələ” istəyinə yalnız 77-ci dəqiqədə çata bildi. Meydana sonradan daxil olan Ekiqonun cinahdan yerlə etdiyi ötürməni Cavid Hüseynov dəyərləndirdi – 1:1. Ardınca 88-ci dəqiqədə nigeriyalı hücumçu bu dəfə Pavel Farkaşın fərqlənməsinə imkan yaratdı. Matçda son nöqtəni isə iki qol pası verən Ekiqonun özü vurmaqla matçın ən yaxşısı olduğunu sübut etdi.
 
Qarşılaşmadan sonra Muntyanu “Qəbələ”nin komanda oyunu oynamadığını etiraf etdi. Nəzərə alaq ki, rəqib bir qədər dişli olsaydı, əyalət təmsilçisinin matçdan 3 xalla ayrılmaq şansı yox idi. Çünki hələ də komandanın heyətində axsaqlıqlar hiss olunur. Rumın çalışdırıcı isə bunu komandanın başında qısa müddət ərzində olması ilə əlaqələndirdi. Ekiqonun yaxşı çıxış etdiyini bildirən rumın çalışdırıcı Elvin Camalovun da əməyinə biganə qalmadı. Ümumiyyətlə Ekiqoya qədər matçın ən yaxşısı adına “Qəbələ” futbol akademiyasının yetirməsi olan Elvin Camalovu da layiq görmək olar. Meydanın hər yerində döyüşən futbolçu əzmkar mübarizəsi ilə yadda qaldı. Camalov sükanı belə saxlayacağı halda 1-2 ilə milli komandaya cəlb olunan legioner futbolçuların çörəyinə bais ola bilər.
 
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov isə komandasından razı qaldığını desə də, hakimlərdən narazı olduğunu “Vüsal Əliyev, Munis Abdullayev kimi hakimləri yola salmaq yox, rədd etmək lazımdı” deməklə bildirdi. Çox güman ki, məşqçilərə mətbuat konfransında hakimlərlə bağlı danışmağa qadağa qoyulduğu üçün AFFA İntizam Komitəsi Məmmədovun bu açıqlaması “mükafatlandıracaq”.
 
EMİN SƏFƏROV, Bakı – Qəbələ – Bakı
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-25 11:52

Finalda təkrarlanan 6-cı cüt

blank
Ölkə futbolu2024-04-25 11:35

Yarımfinalda məhsuldarlıq rekordu

blank
Digər idman növləri2024-04-25 11:18

Avropa çempionatı: 7 cüdoçumuz mübarizəyə başlayır

blank
Dünya futbolu2024-04-25 11:01

Xavinin qalacağı təsdiqləndi

blank
Dünya futbolu2024-04-25 10:44

Premyer Liqada yeni antirekord

blank
Ölkə futbolu2024-04-25 10:27

“Qarabağ” “Neftçi”yə çatdı

blank
Ölkə futbolu2024-04-25 10:10

Sxadadzenin və “Neftçi”nin fiaskosu

blank
Premyer-liqa2024-04-25 09:55

Premyer Liqanın 32-ci turu rəqəmlərin gözü ilə

blank
Ölkə futbolu2024-04-25 09:38

“Zirə” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-25 09:21

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu oldu

blank
Ölkə futbolu2024-04-25 09:04

11 illik “Qarabağ” tilsimi davam etdi

blank
Dünya futbolu2024-04-25 08:49

Ranqnik Bundesliqaya qayıdır

blank
Ölkə futbolu2024-04-25 08:34

“Yurqorden”in baş məşqçisi: “Musanın depressiyaya düşdüyü hiss olunur”

blank
Dünya futbolu2024-04-25 08:17

Xavi “Barselona”da qalmağa qərar verdi

blank
Ölkə futbolu2024-04-25 08:00

Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”

blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm