Bizi izləyin

Premyer-liqa

8 qol, 3 qəza, 2 ölü, 1 yaralı

Bu ay o qədər toya getmişdim ki, el şənliklərində səslənən &…

blank
Bu ay o qədər toya getmişdim ki, el şənliklərində səslənən “Dağlara gedək” mahnısını artıq əzbərləmişdim, bunu işdə tez-tez  zümzümə edib, mızıldanırdım. Amma toylardan şikayətlənmirəm. Təki həmişə toy-bayram olsun. Elə baş redaktorumuz  Vüsal Mahmudov zümzüməni eşidib, zarafatyana “Tələsmə, bu həftə səni də dağlara göndərəcəm” deyirdi. Mən də “Təki futbol olsun” deyib razılaşdım. Öncə Qəbələyə, oradan da Zaqatalaya getdim.
 
Topaz Premyer Liqasının 9-cu turunda baş tutan“Qəbələ” – “Sumqayıt”, “Simurq – “Araz Naxçıvan” matçları Futbolinfo.az-ın əyalətdə keçirilən qarşılaşmalara biganə qalmadığı oyunlar siyahısına daxil edildi. Bu səfər zamanı bir  daha şahidi oldum ki, ölkədə problem təkcə futbol sahəsində deyil. Bunu “Şamaxinka” adlanan yerdə Nəqliyyat Departamentinin müfəttişlərindən gizli şəkildə çalışan, maşınına əyləşdiyim taksi sürücüsünün gözündən sezmək heç də çətin deyildi. Bakıdan uzaqlaşdıqca insanın özünə yaxınlaşdığı fikrimdə yenə qalıram – Göydələnlərin əhatəsindən çıxıb, dağların ucaldığı yerlərə getmək… Bu, nəyə desən dəyərdi…
 
Qəbələni artıq əlimin içi kimi tanıyıram. Mərkəzi küçədə, işıqforun sol tərəfində dönərçi işləyən qəbələli ilə artıq dostlaşmışam. Günü-gündən gözəlləşən şəhərə çatanda ilk getdiyim yer də dönərçi Nicatın yanıdı. Oyun vaxtına  yarım saat qalmış artıq “Qəbələ” – “Sumqayıt” matçının keçiriləcəyi, ot örtüyü ideal səviyyədə olan stadionda idim. Matçın başlamasına qədər telefon zənglərimizdən qaçan AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla söhbət edib, ötən turlardakı hakim səhvlərini müzakirə etdik. Fasilədə isə matçı izləməyə  gələn  “Qəbələ”nin sabiq çalışdırıcısı Fatih Kavlakı da “narahat etdim”. Oyun sonrasında isə hakimlərdən narazı qalan “Sumqayıt”ın prezidenti Kamran Quliyev mənə jurnalistika dərsi keçməyə çalışırdı… Şübhəli ofsayd epizoduna obyektiv yanaşmamı xahiş edirdi. Bu işə başlayanda özümün obyektivliyimə şübhəm olacağı halda bu sənəti buraxacağıma söz vermişəm. Buna görə də Quliyevin xahişi məndə təəccüb doğurdu. Epizoda yalnız PFL-in kameraları ilə çəkilmiş görüntülərə baxdıqdan sonra fikir bildirməyin vacibliyini dərk edirəm. Amma Kamran müəllimin işi düşəndə jurnalistdəm imdad diləməsi…  Halbuki, belə məsələlərdə ən çox jurnalistləri, medianı saymayan şəxslərin verdiyi qərarlar keçərlidi…
 
Oyun qəbələlilərin 3:1 hesablı qələbəsi ilə başa çatan günün səhəri Zaqatalaya yollanmalı idim. Ümumiyyətlə, Qəbələdən Zaqatalaya getmək böyük problemdi. Ya iki oyun üçün nəzərdə tutulmuş ezam pulunun üstünü düzəldib taksi ilə getməlisən, ya da  Zarağan kəndindən komfortsuz avtobusla öncə Oğuza, oradan Şəkiyə, nəhayət, Zaqatalaya üz tutmalısan. Bu, hardasa 4 saat çəkir. 
 
Yol yorğunluğum Şəki avtovağzalına çatanda – yerli sakinlərin ləhcəsini eşidəndə bitdi. Artıq üzümdə təbəssüm var idi. Səbəbini bilmirəm, amma nədənsə tarixin əks oldunduğu şəhərdə adam özündən asılı olmadan Şəki ləhcəsi ilə danışır. Fərdi bacarığım sayəsində taksi sürücüsünü Zaqatalaya aşağı qiymətə aparmağa razı saldım. O isə əlavə sərnişin götürəcəyini, yalnız bundan sonra yola çıxacağını bildirdi. Avtovağzalda elə də çox gözləmədik, ili köhnə olan “Mersedes” markalı avtomobillə yola düşdük.
 
Yolda şəkililərdən öz lətifələrindən danışmağı xahiş etdim. Arxa oturacaqda əyləşən Ənvər kişi “Bir gün Hajı dayı…” deməyə başlamışdı ki, Aşağı Göynük kəndinin içində qarşıdan gələn VAZ-2106 markalı maşın bizim yola çıxdı və nəticədə toqquşma oldu. Hadisənin şokunu biz əyləşdiyimiz taksi sürücüsünün qaydanı pozan sürücüyüə “Mamaaaan canıııı, nağayrırsan, ə sən?” deməklə atlatdım. Hadisənin Şəki şəhər Dövlət Yol Polisinin əməkdaşlarının gözü qarşısında olması işimizi asanlaşdırdı. Və mən ilk dəfə yol polisinin humanistliyini gördüm. Yol polisi təqsirləndirilən və zərərçəkmiş şəxsə “Əşi, ha indi bir hadisədi də olub. Ölüm-itim olmayıb ki, başınıza dönüm. Ha indi nə şüvənliyinizə salmısınız. Dəmir parçasıdı da, sən gəlmisən bu biri maşını qavlamısan. Halallaşın, çıxaq gedək” deməklə tərəfləri sakitləşdirdi.  Amma polis əməkdaşları qəza törədən şəxsi maşını sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün mütləq cəzalandıracaqdı.
 
Bilmirəm bəxt idi, yoxsa Allah saxladı. Qəzadan burnu qanamadan belə qurtulmaq hər adama da qismət olmur. Maşın yararsız hala düşdüyü üçün ünvana başqa avtomobillə getməli oldum. 
 
Qəbələdən Zaqatalaya çatanda sanki ölüb, cənnətə düşmüşdüm. Havanın təmizliyi, şəhərin gözəlliyindən yazsam, təkrarçılıq olacaq. Əsas hadisələr qarşılaşmadan sonra oldu. Zaqataladan Bakıya gedən qatar artıq yola düşmüşdü. PFL-in əməkdaşları ilə söhbətimizdə məlum oldu ki, Bakıya gecə yalnız avtobusla qayıda bilərik. Avtovağzala zəng edib, PFL əməkdaşlarının, hakimlər briqadasının 12 manata sifariş verdiyi biletdən birini də özümə istədim. Bakıya yola düşmək üçün avtovağzala gələndə məlum oldu ki, ili köhnə olan, haldan düşmüş, oturcaqları qırılmış, soyuq salonlu, corab iyindən içəridə oturmaq mümkün olmayan avtobusla getməli olacağıq. Halbuki, məndən öncə futbol üçün Zaqatalaya gələnlərə başqa bir avtobusu, lüksünü göstərmişdilər.
 
Fırıldaqçıların “cinayətini” Zaqataladan çıxanda yanacaq doldurma məntəqəsində açdıq.Soyuq havada PFL-in əməkdaşları, hakimlər briqadası ilə yağışın gur yağdığı gecədə avtobusdan düşüb, bununla 8 saatlıq yolu gedə bilməyəcəyimizi sürücüyə bildirdik. O isə pullarımızın batacağı ilə bizi hədələsə də, bəndənizin ona sərnişinlə yanacaqdoldurma məntəsinə girməyə, bu cür nasaz maşınla gecə yol çıxmağa ixtiyarı olmadığnı xatırladanda bizdən canını qurtarmaq məcburiyyətindən pulları geri qaytardı. İş burasındadı ki, xarab avtobusun sürücüsu bizə digər rahat yola çıxa biləcək durumda olan “Mersedes” markalı mikroavtobus sürücüsünün nömrəsini yaxşılıq etmək adı ilə verdi.  Sonradan məlum oldu ki, həmin fırıldaqçı sürücü bizi Bakıya aparmaq üçün gələn sürücüyə “onları 300 manatdan aşağı aparma, qoy yağışın altında qalsınlar” deyib.
 
Çəkişmələrdən sonra yola düşdük. İlk gördüyümüz avtomobil qəzasında iki nəfər yerdə uzanmışdı. Biri yerindəcə keçinmiş, digəri isə can verirdi. İkinci qəzanı isə Bakıda gördük. Maşınla işıq dirəyinə çırpılan sürücü yerindəcə canını tapşırmışdı. Artıq saat səhər saat 5-də evin qapısından içəri girəndə sürücü Sərdarın şəxsi arxivindən səsləndirdiyi bayağı mahnıları unutmağa çalışırdım.
Əslində Qəbələyə, oradan da Zaqatalaya getmək “Dağlara getmək” mahnısındakı  kimi olmadı. Bu, ən çox “Dağlarda döyüş”ü xatırlatdı: 2 oyunda 8 qol, yolda 3 qəza, 2 ölü, 1 yaralı…
 
EMİN SƏFƏROV, BAKI – QƏBƏLƏ – ZAQATALA – BAKI
 
P.S. Bu səfər ərzində diqqətimi çəkən ən önəmli məqam ölkənin ali futbol qurumlarının öz əməkdaşlarına biganə qalması oldu. Qarşıdan sərt qış aylarının gəldiyini nəzərə alsaq, qurumlar öz əməkdaşlarının  yollarda təhlükəsizliyini tam şəkildə təmin etməlidi. Bunun üçün hakimlərə, o cümlədən PFL əməkdaşlarına qurumların şəxsi avtomobili ayırılmalıdı. Bu, elə də böyük vəsait tələb etmir. Çünki oyunlar gec qurtaranda yuxusuz, çörəkpulu dalınca qaçan sürücülərin idarə etdiyi maşınlardan istifadə etməli olurlar. Ən azından AFFA və PFL bu duruma əncam çəkməlidi. Biz isə öz başımızın çarəsinə baxarıq. Onsuz da minimum şəraitdə maksimum işlər görməyə çalışırıq.
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-26 20:00

Milandan Münhenə

blank
Premyer-liqa2024-04-26 19:41

“Sabah”dan “Səbail”lə matç üçün xüsusi aksiya – VİDEO

blank
Premyer-liqa2024-04-26 19:23

“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb

blank
Dünya futbolu2024-04-26 19:05

Morata satıla bilər

blank
Digər idman növləri2024-04-26 18:47

Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib

blank
I Liqa2024-04-26 18:30

“Şamaxı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-04-26 18:11

Formulada xal sistemi sabit qaldı

blank
Milli komanda2024-04-26 17:54

Millimizin təlim-məşq toplanışı olacaq

blank
Müsahibə2024-04-26 17:39

Vidadi Rzayev “Araz-Naxçıvan”ın özünə gələcəyinə inanmır

blank
Digər idman növləri2024-04-26 17:22

Olimpiadanın püşkünün atılacağı gün məlum oldu

blank
Ölkə futbolu2024-04-26 17:05

Yüksək Liqada 20-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Digər2024-04-26 16:50

Azərbaycan Minifutbol Federasiyasında yeni təyinat

blank
Dünya futbolu2024-04-26 16:32

“Çelsi” onları satmaq istəyir

blank
Ölkə futbolu2024-04-26 16:15

Daha 3 komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-26 16:00

Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu

blank
Dünya futbolu2024-04-26 15:42

Tuhel üçün 10 min imza

blank
Ölkə futbolu2024-04-26 15:27

Millimizin üzvü Macarıstanda bürünc medal qazandı

blank
Ölkə futbolu2024-04-26 15:09

“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”

blank
Ölkə futbolu2024-04-26 14:38

Yüksək Liqa təmsilçisi çempionatdan kənarlaşdırıldı

blank
Ölkə futbolu2024-04-26 14:19

“İnklüziv futbol turniri” keçirilib

blank
Əvəzedicilər2024-04-26 14:00

Rəqibini təhqir etmiş 3 futbolçuya 3 oyunluq cəza

blank
Ölkə futbolu2024-04-26 13:44

“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza

blank
Ölkə kuboku2024-04-26 13:30

“Qarabağ” kubok matçına görə 800 manat cərimə ödəyəcək

blank
Premyer-liqa2024-04-26 13:17

Premyer Liqanın üç klubu kənar şəxslərə görə cərimələndi

blank
Digər idman növləri2024-04-26 13:00

Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlandı

blank
Digər idman növləri2024-04-26 12:42

Formula 1 tarixinin ən böyük konstruktoru komandadan gedir

blank
Ölkə futbolu2024-04-26 12:25

Mahir Emrelidən milliyə dəstək, Hidayət Heydərova hədiyyə

blank
Müsahibə2024-04-26 12:11

Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”

blank
Dünya futbolu2024-04-26 11:54

Stadionun yanında bomba tapıldı

blank
Dünya futbolu2024-04-26 11:39

Dünyanın 10 ən yaxşı qapıçısı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm