Premyer-liqa
Aqil Məmmədovun hakimlər haqda fikirlərinə 2000 manatlıq cərimə!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
AZAL – “Bakı” matçının 77-ci dəqiqəsində “Bakı”nın futbolçusu Vüqar Bəybalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Qəbələ” – “Sumqayıt” matçından sonra keçirilən mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov hakimlərin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətdiyinə görə, klub 2000 manat cərimə olunub.
“Neftçi” – “İnter” matçının 61-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”