Bizi izləyin

Premyer-liqa

Zirvə mübarizəsi qızışdı

Topaz Premyer Liqasında 2-ci dövrəyə start verildi. Futbolinfo…

blank
Topaz Premyer Liqasında 2-ci dövrəyə start verildi. Futbolinfo.az xəbər verir ki, yeni dövrənin ilk turun oyunları hamısı eyni gündə baş tutdu.
 
Çempionatın aşkar autsayderinə çevrilən "Araz Naxçıvan" ikinci dövrəyə də məğlubiyyətlə başladı. Doğma meydanda "Qəbələ" ilə qarşılaşan Əsgər Abdullayevin komandası uğursuz gedişata son qoymaq üçün çox çalışsa da, 20-ci dəqiqədə buraxılan yeganə qolun əvəzini çıxa bilmədi. Nəticədə, "Qəbələ" ilk dövrədə olduğu kimi, bu dəfə də naxçıvanlıları minimal hesabla qələbə ilə məğlub etdi. Bu qələbə ilə Dorinel Muntyanunun komandası liderlər qrupuna bir qədər də yaxınlaşmış oldu.
 
Bu görüşlə eyni vaxtda paytaxt derbisi keçirildi. "Bakı" öz meydanında "Neftçi"ni qəbul etdi. İlk dövrədə minimal hesablı məğlubiyyətlə üzləşən "zolaqlılar" bu dəfə həmin yenilginin qisasını almaq, aradakı xal fərqini minimuma endirmək istəyindəydi. Amma Arif Əsədovun komandası bu dəfə də özündən qat-qat zəif rəqibinə belə bir imkan vermədi. Düzdü, "Bakı" buraxdığı ilk qoldan sonra hesabı bərabərləşdirməyə nail oldu. Lakin sonrakı iki qola cavab vermək mümkün olmadı və "Neftçi" növbəti qələbəsini qazanaraq, ikinci pilləyə şərik oldu. 
 
Cari mövsümə çox yaxşı başlayan, ardından isə məğlubiyyətləri sıralayan "Sumqayıt" bu turda "Xəzər Lənkəran"la qarşılaşdı. Aqil Məmmədovun komandası nə qədər baxımlı futbol sərgiləsə də, xalsızlıq sindromuna son qoya bilmirdi. Cənubluları ilk dövrədə səfərdə məğlub etmiş sumqayıtlılar nəhayət, bu görüşdə müsbət nəticəyə ümid edirdi. Amma onların bu dəfə də bəxti gətirmədi. Buraxılan qolun əvəzini çıxmağı bacaran "Sumqayıt" çox cəhd göstərsə də, bəxtsizlik növbəti məğlubiyyəti qaçılmaz etdi. "Xəzər Lənkəran" isə bu qələbə sayəsində "Sumqayıt"ı qabaqlamağa nail oldu.
 
Çempionatın daha bir uğursuzu – AZAL hesabat turunda "Simurq"u qəbul etdi. Tərlan Əhmədovun komandası erkən qolla hesabda geri düşsə də, ikinci hissədə daha üstün oyun sərgiləyərək, hətta qələbə qazanmağa da yaxın oldu. Amma qonaqların matça əlavə olunmuş dəqiqələrdə vurduğu qol qarşılaşmanın heç-heçə ilə bitməsinə səbəb oldu. Bu bir xal "Simurq"u beşinci pillədə saxlasa da, "təyyarəçilər" hələ də turnir cədvəlinin alt sıralarındadılar.
 
Nəhayət, turun qapanış və mərkəzi oyununda lider "Qarabağ"la əsas izləyicisi "İnter" üz-üzə gəldi. "Atlılar" bu qarşılaşmada liderliyi qorumaq istəyindəydilər. Bunun üçün hətta 1 xal da yetərli olacaqdı. "Bankirlər" isə məğlub olacağı halda 4-cü pilləyə düşə bilərdi. Çünki qələbə qazanan "Qəbələ" və "Neftçi" xal ehtiyatına görə bu komandanı qabaqlamışdı. İddialıların 90 dəqiqə ərzində qapılara qol vura bilməməsi qarşılaşmanın bəlkə də zirvə uğrunda mübarizə aparan bütün komandalara sərfəli olan heç-heçə ilə bitməsinə şərait yaratdı. Nəticədə, Ağdam klubu zirvədə qaldısa, "bankirlər" də ikinci pillədəki mövqeyini qorudu.
 
Hazırda Topaz Premyer Liqasının üst pillələrində gərginlik diqqət çəkir. 17 xala malik üç komanda liderdən cəmi 1 xal geri qalır. Baxmayaraq ki, onlardan ikisinin – lider "Qarabağ"la "Neftçi"nin ehtiyatda da bir oyunu var. Hətta "Simurq"la "Xəzər Lənkəran"ı da liderlər qrupundan çox xal ayırmır.
 
Topaz Premyer Liqası
10-cu tur
 
Araz Naxçıvan – Qəbələ 0:1
Qol: Pavol Farkaş, 20.
Sarı vərəqələr: Ramal Hüseynov, 19 (qeyri-idman hərəkəti). Tərlan Xəlilov, 65 (qeyri-idman hərəkəti). Aqil Nəbiyev, 69 (perspektivli hücumun qarşısını kəsdiyinə görə) – Adrian Ropotan, 51 (qeyri-idman hərəkəti). Ruslan Tağızadə, 64 (qeyri idman hərəkəti). Ekiqo Ehiosun, 82 (oyunun bərpasını ləngitdiyinə görə).
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə – yoxdur.; II hissədə 4 dəq.
29 oktyabr 2014. Saat 14:00. Naxçıvan Muxtar Respublika stadionu, 4600 tamaşaçı.
 
Araz Naxçıvan: 85. Kamal Bayramov (k), 3. Əlimirzə Daşzərini, 4. Emin Cəfərquliyev, 6. Budaq Nəsirov, 7. Ramal Hüseynov (5. Cavid Həsənov, 46), 8. Elmin Çobanov (19. Tərlan Xəlilov, 46), 11. Sergey Selyuk (15. Ruslan Nəsirli, 75), 13. Aqil Nəbiyev, 16. Kamil Hüseynov, 17. Bəxtiyar Soltanov, 21. David Janelidze.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 2. Tural Hümbətov, 24. Azər Məmmədov, 44. Saşa Yunisoğlu.
Baş məşqçi: Əsgər Abdullayev.
Qəbələ: 1. Kamran Ağayev (k), 10. Dodo, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (4. Elvin Camalov, 77), 16. Ruslan Tağızadə, 21. Yazalde Pinto (9. Viktor Mendi, 67), 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 44. Rafael Santos, 88. Müşfiq Teymurov (5. Sadiq Quliyev, 81), 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 8. Vidal Kunya Markus, 11. Andrey Kristya, 12. Aleksandru Benqa.
Baş məşqçi: Dorinel Muntyanu.
 
Bakı – Neftçi 1:3
Qollar: Nurlan Novruzov, 55 – Julius Vobay, 38. Araz Abdullayev, 62. Kaue da Silva, 85.
Sarı vərəqələr: Nurlan Novruzov, 65 (hakim qərarına etiraz etdiyinə görə). Əziz Quliyev, 67 (qeyri-idman hərəkəti). Jaba, 70 (qeyri-idman hərəkəti) – Erik Ramos, 60 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
29 oktyabr 2014. Saat 14:00. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 200 tamaşaçı.
 
Bakı: 1. Aqil Məmmədov, 21. Elşad Manafov, 22. Risto Ristoviç (9. Raul Yaqubzadə, 88), 18. Əziz Quliyev, 5. Georgios Palagios, 30. Cəmşid Məhərrəmov, 8. Lukas Mario Horvat (k), 7. Nuran Qurbanov (15. Azad Kərimov, 79), 85. Jaba, 10. Nurlan Novruzov, 11. Tural Qürbətov (45. Mahir Mədətov, 46).
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 20. Valeh Seyidov, 4. Ülvi Süleymanov, 55. Aydın Mustafazadə.
Baş məşqçi: İbrahim Uzunca.
Neftçi: 1. Emil Balayev, 2. Karlos Kardozo, 3. Denis Silva, 7. Araz Abdullayev, 10. Julius Vobay (9. Flavinyo, 77), 11. Nikolas Kanales (18. Kaue da Silva, 69), 14. Elnur Allahverdiyev, 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov (k) (23. Ruslan Qurbanov, 60), 27. Məqsəd İsayev, 90. Erenst Nfor.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 5. Elvin Yunuszadə, 8. Elşən Abdullayev, 21. Samir Məsimov.
Baş məşqçi: Arif Əsədov.
 
Sumqayıt – Xəzər Lənkəran 1:2
Qollar: Məhəmməd Qurbanov, 43 – Fernando Qabriel, 26. Alfred Sankoh, 65.
Sarı vərəqələr: Tagim Novruzov, 48 (sistematik qayda pozuntusuna görə) – Elnur Abdullayev, 58 (qeyri-idman hərəkəti). Rahid Əmirquliyev, 79 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Coşqun Həsənov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 3 dəq.
29 oktyabr 2014. Saat 16:00. Sumqayıt. “Kapital Bank Arena”. 1500 tamaşaçı.
 
Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 6. Tagim Novruzov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev (77. Təvəkkül Məmmədov, 34), 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Ramazan Abbasov (86. Fərid Quliyev, 68), 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Cəmil Hacıyev, 11. Kiyan Sultanpur, 45. Murad Ağayev, 92 Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Aqil Məmmədov.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 7. Sadio Tounkara (99. Deyan Blajevski, 90+3), 8. Qalin İvanov (97. Elnur Cəfərov, 77), 11. Rauf Əliyev, 13. Aleksandr Şemonayev, 14. Rahid Əmirquliyev (k), 27. Adrian Skarlatake, 28. Fernando Qabriel (10. Elnur Abdullayev, 57), 63. Alfred Sanko.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 3. Vanderson Skarduelli, 18. Tural Cəlilov, 33. Rasim Ramaldanov.
Baş məşqçi: Oğuz Çətin.
 
AZAL – Simurq 2:2
Qollar: Rəşad Abdullayev, 57-pen. Eduardo Makiel, 80 – Samir Zərgərov, 15. Əli Gökdemir, 90+1.
Sarı vərəqələr: Oskar Klava, 48 (qeyri-idman hərəkəti). Şəhriyar Rəhimov, 73 (qeyri-idman hərəkəti) – Rüstəm Məmmədov, 56 (qeyri-idman hərəkəti). Tural Axundov, 76 (hakimin qərarına etiraz).
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4 dəq.
29 oktyabr 2014. Saat 17:00. “AZAL Arena”.250 tamaşaçı.
 
AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskar Klava, 22. Eltun Yaqublu, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6. Konseysao Eduardo, 12. Luis Ramos (17. Viktor  İqbekoyi, 89), 11. Con Kordoba (10. Tomi Kostadinov, 66), 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 21. Novruz Məmmədov, 25. Adil Nağıyev, 7. Təmkin Xəlilzadə.
Baş məşqçi: Tərlan Əhmədov.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev, 6. Samir Zərgərov (13. Əli Gökdemir, 85), 10. Rəşad Eyyubov (9. Lukas Tresnak, 81), 11. Draqan Çeran, 15. Stepan Polyak, 17. Rüstəm Məmmədov (25. Oruc Balaşlı, 90), 18. Tural Axundov, 20. İdan Vaytsman, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 8. Patrik Osiako, 16. Məhərrəm Hüseynov, 33. Kənan Müslümov.
Baş məşqçi: Georgi Çixradze.
 
İnter – Qarabağ 0:0
Sarı vərəqə: Derlis Meza Kolli, 35 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə -yoxdur.; II hissədə 3 dəq.
29 oktyabr 2014. Saat 18:00. Bakı. “İnter Arena”. 2000 tamaşaçı.
 
İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 7. Abdulla Abatsıyev (91. Coşqun Diniyev, 80), 11. Asif Məmmədov (80. Nizami Hacıyev, 68), 12. Franka Nildo, 15. Yohan Bokanyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 27. Dieqo Madriqal (8. Mikel Alvaro, 63), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 4. İvan Benites, 6. Slavco Georgiyevski, 10. Elvin Məmmədov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (k) (8. İnnosent Emeqara, 63), 9. Reynaldo Silva, 10. Muarem Muarem (77. Cavid Tağıyev, 63), 17. Vüqar Nadirov (99. Namiq Ələsgərov, 73), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 18. İlqar Qurbanov, 41. Leroy Corc.
Baş məşqçi: Qurban Qurbanov.
 
1
8
5
2
1
14-8
17
2
9
4
4
1
20-4
16
3
9
4
2
3
10-11
14
4
8
4
2
2
6-7
14
5
9
4
1
4
13-8
13
6
9
4
0
5
11-14
12
7
9
3
2
4
11-9
11
8
9
3
1
5
7-19
10
9
8
2
3
3
7-11
9
10
8
1
1
6
7-15
4
 
Bombardirlər:
6
– Rəşad Eyyubov (Simurq).
5 – Nurlan Novruzov (Bakı), Mikel Alvaro (İnter), Məhəmməd Qurbanov (Sumqayıt).
4 – Cavid Hüseynov (Qəbələ).
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Dünya futbolu2024-04-24 14:31

“Yuventus” rekordunu yenilədi

blank
Ölkə futbolu2024-04-24 14:14

Ramos “Neftçi”yə “Qarabağ”la rəqabət aparmağın yolunu göstərdi

blank
Dünya futbolu2024-04-24 13:57

19 illik dönəm bitir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm