Bizi izləyin

Müsahibə

Elnur Məmmədovun sələf xofu

“Neftçi”nin vitse-prezidenti Elnur Məmmədovun fut…

blank
“Neftçi”nin vitse-prezidenti Elnur Məmmədovun futbolinfo.az saytına müsahibəsi:
 
– “Bakı” ilə oyun haqda fikirlərinizi bilmək maraqlı olardı…
– Gördüyünüz kimi, son 2 oyunda komandamızın qapısını gənc Emil Balayev qoruyur. İlk oyunu 0:0 hesabı ilə başa çatdı. “Bakı” ilə görüşdə 1 top buraxsa da, bunu onun səhvi hesab etmək olmaz. Bu da artıq “Neftçi” üçün bir uğurdu. Artıq öz qapımızı Emil kimi gənc oyunçuya tapşırmağı bacarmışıq. Digər tərəfdən, gördüyünüz kimi komandamız əzmkarlıq göstərdi, futbolçularımız gözəl qollar vurdu. Ümid edirik ki, növbəti turda AZAL-a qarşı da belə əzmkar oyun nümayiş etdirəcəyik.
 
– Gənc qapıçının meydanda olması yaxşı haldı. Amma əvvəlki formasından dəfələrlə uzaq olan Nikolas Kanales ilk dəqiqələrdən meydanda idi. Yalnız Ruslan Qurbanov meydana daxil olduqdan sonra hesabda irəli keçdiniz. Sizə elə gəlmir ki, Kanalesin yerinə ilk dəqiqələrdən etibarən gənc və istəkli Ruslan Qurbanov meydanda olmalı idi?
– Hər bir məşqçi hər oyuna öz taktikası ilə çıxır. Ona görə də hesab edirəm ki, məşqçinin qəbul etdiyi qərar düzgündü. Hər bir rəqibə uyğun taktika seçilir. Fikir verdinizsə, “Bakı”da da gənc futbolçular əzmkar oyun nümayiş etdirirdilər. Amma onlar bəzi mövqelərdə bizim oyunçulara demək olar çox uduzurdular. Buna görə də görünür ki, məşqçi düzgün qərar verib. Əlbəttə ki, gələcəkdə məşqçi tərəfindən çoxlu yerli oyunçu meydana buraxılacaq. Buna yoxlama oyunlarımızı sübut kimi göstərmək istərdim. Məsələn, “Sumqayıt”la çempionat matçında 6 yerli oyunçumuz start heyətində meydana çıxmışdı. Ona görə də bu tendensiyanın məşqçinin hər bir oyuna seçdiyi taktikaya görə dəyişməsi istisna deyil.
 
– “Neftçi”də 1 aylıq fəaliyyətiniz tamam oldu. Bu 1 ay ərzində hansı işləri görmüsüz?
– Mümkünsə, bu suala cavab verməyim. Çünki müəyyən işləri ortaya qoyduğumuz halda bu haqda müzakirə etmək olar. Ancaq “Neftçi” oturuşmuş, öz sözünü demiş komandadı. Burada onsuz da böyük işlər görülüb və görülməkdədi. Ona görə də hansısa fərdin işini qabartmaq düzgün deyil. Burda ümumi komanda fəaliyyət göstərir və bu istiqamətdə də fəaliyyətini davam etdirir.
 
– Qarşıda hansı layihələriniz var?
– Böyük layihələrimiz var, bunların üzərində işlər gedir. Layihənin başlanması və ya yekunu haqda mətbuata ətraflı hesabat veriləcək.
 
– AFFA-da çalışanda azarkeşlər üzrə də işləmisiz. “Neftçi”yə gəldiyiniz gün ilk görüşdüyünüz şəxslər də azarkeşlər olub. Həmin azarkeşlərlə görüşünüz gənc fanatların, xüsusi ilə də “Forza Neftçi” fan-klubunun narazılığına səbəb olmuşdu…
– Bizimlə görüşmək istəyən istənilən fan-klub, azarkeş qrupu ilə görüşməyə hazırıq. Onu qeyd edim ki, bu gün yaşlı saydığınız azarkeş 10-15 il öncə cavan olub. Bugünkü gənc azarkeş isə 15 il sonra yaşlı fanat olacaq. Ona görə bizim tərəfimizdən azarkeş qrupları arasında seqmentasiya aparılır. Əsas məqsədimiz azarkeşi stadiona cəlb etməkdən başqa, onların istəyinə uyğun olaraq növbəti oyunlara maraq dairəsini yaratmaqdı.
 
– Əvvəlki ilərdə “Neftçi” ən çox azarkeşi olan klub olub. Bu gün isə komandanın oyununa az azarkeş gəlir. Bunun səbəbini nədə görürsünüz: uğursuzluqlarda, yoxsa komandada olan söz-söhbətlərdə?
– Bu, ayrı bir mövzudu, bununla bağlı saatlarla danışmaq olar. Sorğular keçiririk. Bütün azarkeş qrupları ilə sorğular keçiririk. Həmin insanların fikrini bilməklə, onları oyunlarımıza cəlb etmək istəyirik. Əsas məqsədimiz sabit olaraq həmin insanları avrokuboklara yox, daxili oyunlara da cəlb etməkdi. İstəyirik ki, media nümayəndələri də oyunlarımıza gəlsin, oyunöncəsi təşkil olunan mətbuat konfranslarında, “miks zona”larda iştirak etsin. Bu, komandamıza əlavə stimul verir. Jurnalist telefonla müsahibə alanda, həmin oyundan sonra alınan emosiyaları əks etdirə bilmir. Ona görə də media zonada jurnalistlərə istənilən şərait yaradılacaq. Yüksək surətli internetlə işləmək imkanı yaradılacaq. Oyundan sonra da canlı olaraq müsahibə alıb, mənsub olduğunuz mediada yayımlaya biləcəksiz.
 
– Belə çıxır ki, telefonla futbolçuların müsahibə verilməsinə qadağa qoyulacaq?
– Məsələ qadağada deyil. Əgər biz peşəkarlıqdan, dünya standardlarından danışırıqsa, oyunçularla medianın ünsiyyət forması ya oyundan öncə təşkil olunan mətbuat konfransında, ya da oyun sonrası “miks zona”da olmalıdı. Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə ilə bağlı bir çox müzakirələr aparmışıq. Oyun öncəsi mətbuat konfranslarını bərpa etmək fikrindəyik. Oyunçularla isti-isti müsahibə almaq üçün hər bir şərait yaradılacaq.
 
– Elnur bəy, sizin dediyiniz peşəkarlıq, futbolçuların danışması, sizinlə danışmaq üçün mətbuat departamentinə müraciət etməyiniz artıq futbolu inkişaf etmiş ölkələrə aiddi. Hansı ki, həmin çempionatlarda ən azı 40-50 min azarkeş görünür. Amma bizdə bir qədər fərqlidi. Bu gün bizdə daxili çempionata azarkeş marağı yoxdusa, sizin və digər klub rəsmilərinin mətbuatda olması, komandanın içindən xəbərlərin çatdırılması normaldı. Siz düşünmürsüz ki, belə qadağalar “Neftçi”sevərlərin futbola olan marağının qarşısını alır?
– İnformasiya da bir məhsuldu. “Neftçi”dən çıxan informasiyanın oxucular üçün maraqlı olmasını istəyirik. Sizin saytlarınız oxunsun, biz də insanların marağını artıraq ki, gəlib oyunlarda iştirak etsinlər. Biz stadionu doldurmaq üçün hər bir xırda detala fikir verməliyik. Sizli-bizli bu istiqamətdə birgə işləməliyik. Mən buna qadağa deməzdim. Sadəcə, standart, istənilən mətbu orqandan sorğu gələrsə, qısa zamanda kəsiyində cavablandırılacaq.
 
– Azarkeşlərlə görüşürsüz, saytlarda şəkillər yerləşdirilir. Amma bunun nəticəsini bu günkü oyunda görmədik. Gördüyünüz işlər nəticəsiz qalır…
– Bu sizin fikirinizdi. Biz hər bir fikirə hörmətlə yanaşırıq. Bu, bizim səfər oyunumuz idi.
 
– Bura səfər oyunu deyil axı. Bakının içidi…
– Bilirəm, biz hesab edirik ki, bu, səfər oyunudu və insanlar azarkeşlik etməyə gəlib. Mən dediyim kimi, bu istiqamətdə işlər başlayıb. Qısa zamanda bunun nəticəsini görəcəyik. Hər oyundan sonra analizlərimiz olur. Hazırlıq prosesi gedir. AZAL-la oyundan sonra çalışacağıq ki, müəyyən dəyişikliyi görək.
 
– Sizdən öncəki vitse-prezident Tahir Süleymanov mütəmadi olaraq mətbuat nümayəndələri ilə ünsiyyətdə olurdu. Ancaq siz bir qədər fərqli yol seçmisiz. Belə çıxır ki, Tahir Süleymanov bizə özünü yaxın bilirmiş, yoxsa onun etdiyi qeyri-peşəkarlıq idi?
– Sizdən xahiş edirəm ki, təxribat xarakterli suallar verməyin. Hər bir insanın bu barədə seçiminə hörmətlə yanaşaq. Hər hansı bir addım zamanla öz bəhrəsini veribsə, bunu mənfi və müsbət qiymətləndirməyək. Sadəcə, hörmətlə yanaşaq. Bildiyiniz kimi, bizim mətbuat xidməti varsa, sizinlə istənilən məsələni müzakirə edə biliriksə, biz bu cür işləməyə hazırıq. Oyundan sonra görüşüb, sual verə bilərsiz.
 
– Amma Tahir Süleymanov qeyri-peşəkar imiş?..
– Növbəti dəfə bizim dediyimizi olduğu kimi çatdıracaqsızsa, böyük məmnuniyyətlə sizinlə əməkdaşlıq edəcəyik.
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-23 11:42

Amil yenə oynamayacaq

blank
Ölkə kuboku2024-04-23 11:25

“Qarabağ” – “Neftçi”: Biletlər bu gündən satışda olacaq

blank
Digər idman növləri2024-04-23 11:10

MBA-da seriyalarda fərq artdı

blank
Digər idman növləri2024-04-23 10:52

Cokoviç “Laureus” mükafatına layiq görüldü

blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm