Bizi izləyin

Milli komanda

Absurd əcnəbi sevgisi

Millimizin boş qalan baş məşqçi postuna kimin gələcəyi i…

blank
Millimizin boş qalan baş məşqçi postuna kimin gələcəyi ilə bağlı sual sanki aktuallığını itirib. Əslində, növbəti seçmə oyuna çox qısa zaman qaldığını nəzərə alsaq, belə olmamalı idi. Amma…
 
Berti Foqtsun gedişi reallaşan kimi AFFA xələf axtarışına başlayıb. Ancaq mətbuatda hər gün bir namizədin adı hallansa da, onlarn heç birinin təyinatı reallaşmır. Bəziləri komandamızın potensialına bələd olduğundan hətta başdöndürücü paralardan belə imtina edib karyerasını düşünür, bəziləri isə məbləğdə razılaşa bilmir. Baş katib Elxan Məmmədovun yalnız tanınan adam axtarışı isə davam edir – ona Foqts kimi yalnız keçmişi parlaq olan birisi lazımdı ki, kölgəsində qorunmaq olsun.
 
Maraqlıdı ki, bütün şayiələrin, söz-söhbətlərin qəhrəmanı əcnəbilərdi. Roberto Karlosdan Frank Raykaarda, Robert Prosineçkidən Ruud Qullitə kimi. AFFA rəsmiləri yerli məşqçiləri hətta adlarının namizədlər siyahısına düşməyə də layiq bilmir. İctimaiyyət isə birmənalı olaraq yerli məşqçi istəyir və hamının yekdil fikri də Qurban Qurbanovla bağlıdı.
 
Gəl ki, dövrün ən populyar adamı olan “Qarabağ”ın baş məşqçisi bu gün Elxan Məmmədovun boğazında qalmış tikə kimidi. Nə uda, nə də imtina edə bilir. Elə bu səbəbdən də baş katib millini müvəqqəti olaraq Mahmud Qurbanova tapşırıb. Yenə baş məşqçinin adı isə Qurban bəyin büdrəyəcəyi vaxta təsadüf edəcək. Axı, “Dnepr”i Ukraynada yenən məşqçi qala-qala bu gün “Kayserispor”u bədbəxt etmiş Prosineçkinin və ya bərbad məşqçi karyerası olan Qullitin təyinatını hamı top-tüfənglə qarşılayar. Ona görə də rəsmilər bu təyinatı “Qarabağ”ın mümkün eniş dövründə elan edəcək ki, təzyiqdən yaxa qurtarsınlar.
 
Düzü, şəxsən mənə baş katibin əcnəbi sevgisi çox maraqlı gəlir. Axı, hər şeyi, xüsusilə də milli komandanı şəxsi mənfəətə qurban vermək olmaz. Əcnəbi məşqçilərin Azərbaycanda nələri qazanıb ölkə futboluna hansı xeyri verdiyini hamımız görmüşük. Milli komandalarımızın, klubların indiyə qədər əcnəbilərə xərclədiyi pulları cəmləsək, hər məhəllədə Olimpiya stadionu tikmək olardı. Əvəzində hansı nəticəmiz var?
 
Avrokuboklarda ilk dəfə mərhələ keçən kimdi? Böyükağa Ağayev!
Çempionlar Liqasında ilk dəfə mərhələ keçən kimdi? Ağasəlim Mircavadov!
Avropq Liqasında qrupa düşən ilk məşqçi kimdi? Böyükağa Hacıyev!
Avropq Liqasında hələlik ən yaşçı nəticə göstərən kimdi? Qurban Qurbanov!
 
Ümumiyyətlə, avrokuboklardakı nisbətən uğurlu nəticələrin müqayisəsində üstünlük böyük fərqlə yerlilərdədi. Həm də əksəriyyət əcnəbi həmkarlarıyla müqayisədə daha az qayğıyla daha yaxşı nəticəyə imza atıb.
 
Çempionluq sayında da böyük uçurum var. Maaş cədvəllərində həmişə əcnəbilərin adı öndə olsa da, son 4 ildə ancaq yerlilər çempion olub. Qalibi bəlli olan 22 birinciliyin 19-da yerli mütəxəssis fərqlənib, həmin 3 çempion əcnəbinin trimfu isə maraqlı alınıb. Xatırlayırsızsa, həm Valentin Xodukin, həm də Kaxaber Sxadadze yalnız son turdakı hədiyyələri qəbul edərək “İnter”lə qızıl medalları qazanıb, Qyoko Hacievski isə “Bakı”da yaradılan super şəraitin hesabına birinci olub.
Və onlar da bu uğurlara görə layiq olduqlarından artıq qiymətə layiq görülüb. Hətta millimizin postu da həvalə edilən Hacievski sonradan uğurun davamını gətirə bilmədi, son illər məşqçi kimi heç bir uğuru yoxdu, Xodukin “İnter”də başqa vəzifə aldı və təqaüd yaşına çoxdan çatsa da, ciddi bir iş görmədən pul qazanır. Sxadadzeyə gəlincə, artıq gürcü çalışdırıcı da özünə olan inamdan harınlayıb, mətbuat konfransında jurnalistlərə qarşı hörmətsizliyi özünə rəva bilir. Düzdü, o, ölkəmizdəki bir çox əcnəbilərlə müqayisədə daha yaxşı işləyir – amma yalnız vecsizlərlə müqayisədə. Ona verilən vaxt, yaradılan şərait hansısa yerli mütəxəssisə qismət olsaydı, yəqin ki, indiyədək “İnter” daha yaxşı yerlərdə olardı.
 
Milli komandalarda da heç vaxt əcnəbilərin uğuru olmayıb. Ola bilsin, Foqtsun yığmamıza rekord xal qazandırması yadınıza düşəcək, amma xatırladım ki, o, 7 ilə bundan 7 dəfə yaxşı nəticə göstərməliydi. Ona qalsa, oyun sayına görə orta xal prinsipinə əsaslansaq, ermənilərə görə 2 matçda texniki məğlubiyyətə üzülən Şahin Diniyev Bertidən daha yaxşı nəticə qazanıb.
 
Elxan Məmmədovun qrup 3-cüsü kimi ilkin mərhələni adlamasına sevindiyi 17 yaşlılarımıza gəlincə, digər millilərimizdə bütün belə nəticələrdə yerlilər iş başında olub. U-17-də də 5 dəfə mərhələ adlamışıq və əksərində uzağı 2 il bu postda çalışmış yerlilər nəticəyə nail olub. Yalnız bir dəfə Bernard Lippert də 6 il yediyi pulların qarşılığında sıradan uğura imza atıb.
 
Bu faktları boşuna sadalamadım. Yəqin ki, Elxan Məmmədov bütün bunlara diqqət yetirəndən sonra əcnəbilərin bizə hansı xeyri verdiyini bir daha götür-qoy etməyi özünə rəva biləcək. Ardını isə özü bilər, seçim onundu: ya ölkə futboluna həqiqi xeyir verən yerlilərdən biriylə danışıq aparar, ya da cibini düşünüb yenə sərhəddən kənara boylanar.
 
VÜSAL MAHMUDOV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-23 10:52

Cokoviç “Laureus” mükafatına layiq görüldü

blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm