Dünya futbolu
Riberiyə azarkeş hücumu
"Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi …
"Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi Almaniya kuboku çərçivəsində baş tutan "Hamburq"la qarşılaşmada hücuma məruz qalıb. Futbolinfo.az xəbər verir ki, matçın son dəqiqələrində meydana daxil olan bir azarkeş fransıza hücum çəkib.
Riberini vurmaq istəyən azarkeş stadionun işçiləri tərəfindən zərərsizləşdirilib. Öz növbəsində, "Hamburq" rəhbərliyi də tvitter səhifəsində Riberi və "Bavariya”dan üzr istəyib.
Qeyd edək ki, matç Münhen təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.