Premyer-liqa
Jurnalistə təzyiq göstərən “İnter”in işçisi cəzalanacaqmı?
Topaz Premyer Liqasının 10-cu turunun sonuncu oyununda “İnter…
Topaz Premyer Liqasının 10-cu turunun sonuncu oyununda “İnter” doğma azarkeşləri önündə “Qarabağ”la qolsuz bərabərə qaldı. Futbolinfo.az xəbər verir ki, oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin iştirakı ilə keçirilən mətbuat konfransında gərgin anlar yaşandı.
Belə ki, gürcü çalışdırıcı jurnalistin ona “0:0 hesablı oyunlar sizin hobbinizdi ki, nə özünüz oynayırsız, nə də başqasına imkan verirsiz” sualına əsəbləşdi və cavab verməkdən imtina etdi. İş burasındadı ki, klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov da ardıcıl verilən sualların eyni olduğunu düşünərək Sxadadzeyə sualları tərcümə etmədi. Mətbuat konfransında isə müzakirənin qızışmasını “İnter”in inzibati heyətində çalışan mühafizə işçisinin jurnalistə təzyiq göstərək, media nümayəndəsinə sakit olmağı, susmağı tələb etdi.
Bəs görəsən, klubun inzibati heyətində yer alan şəxsin mətbuat konfransında nə işi var idi? Ümumiyyətlə onun media nümayəndəsinə etdiyi təzyiqə görə klub onu cəzalandıracaqmı? Suallarımızı dünənki hadisənin iştirakçısı olmuş klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov cavablandırdı: “Həmin şəxs komanda meydana daxil olanda, meydandan çıxanda təhlükəsizliyə nəzarət edir. O, inzibati heyətdə yer alır. Ötən mövsüm “Qarabağ”la Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyundan sonra paltardəyişmə otağında qarşılıqlıq yaranmışdı. Əvvəl təhlükəsizlik xidmətinə “İnter security” nəzarət edirdi. İndi onlardan heç kim paltardəyişmə otağına daxil olmur. Mətbuat konfransına istənilən adam girir. Buna heç bir nəzarət yoxdu. Bilmirik ki, onu mətbuat konfransına kim buraxıb. Yəqin ki, orada bir nəzarət sistemi olmalıdı da. Bunu da “İnter” təşkil etmir. Müvafiq orqan bunu həyata keçirməlidi. Hazırda məzuniyyətdə olduğum üçün həmin inzibati heyətdə yer alan şəxsə cəza verilib-verilməyəcəyini bilmirəm”.