Dünya futbolu
Kosta: “Atletiko”nu ona görə tərk etdim ki…”
"Çelsi"nin hücumçusu Dieqo Kosta "At…
"Çelsi"nin hücumçusu Dieqo Kosta "Atletiko"dan ayrılması haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, Madrid klubunu niyə tərk etdiyini belə izah edib: "Atletiko"da xoşbəxt idim.
Keçən il futbol həyatımın ən faydalı ilini keçirdim. Ancaq insan həmişə inkişaf etmək istəyir. Çox önəmli kluba transfer oldum. Belə bir fürsətdən yararlanmağa üstünlük verdim. "Atletiko" möhtəşəm klubdu. Bura isə fərqli liqadı və mən bu təcrübəni yaşamaq istədim. Çox çalışıram. Hələ önümdə uzun illər var. Ümid edirəm ki, Çempionlar Liqasının finalında oynaya biləcəyəm".