Dünya futbolu
Maskerano “Barselona”nın ən yaxşısı seçildi
Xavyer Maskerano "Barselona"nın 2013/14 mövsüm&uu…
Xavyer Maskerano "Barselona"nın 2013/14 mövsümü üzrə ən yaxşı oyunçusu seçilib. Futbolinfo.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi bu münasibətlə "Aldo Rovira" mükafatına layiq görülüb.
Qeyd edək ki, klubun üzvü olmuş Rovira 2009-cu ildə baş verən qəza sonrası dünyasını dəyişmişdi. Həmin vaxtdan onun xatirəsinə həsr olunan mükafat verilir. Maskerano hisslərini bu cür ifadə edib: "Bu mükafatı aldığım üçün mənə səs verən hər kəsə təşəkkür edirəm. Biz "Barselona" kimi klubun tələblərinə sadiq qalmağa davam edəcəyik".
Artıq 5-ci il təqdim olunan mükafata ən çox sahib olan Lionel Messidi. Argentinalı ulduz 3 dəfə bu şərəfə layiq görülüb. "Barselona"nın keçmiş müdafiəçisi Erik Abidal isə 2011/12 mövsümündə mükafatın sahibi olmuşdu.